İŞİD Səudiyyə Ərəbistanını hədələdi: “Yerlə yeksan edəcəyik!”

İŞİD Səudiyyə Ərəbistanını hədələdi: “Yerlə yeksan edəcəyik!”
13:44 6 Yanvar 2016
33 Dünya
Ölkə mətbuatı
A- A+

 

 

İŞİD terror təşkilatı Səudiyyə Ərəbistanını təhdid edib.

 

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, buna səbəb yanvarın 2-də Səudiyyə Ərəbistanında edam edilən 47 nəfərin 43-ün "Əl-Qaidə" ilə əlaqədə ittiham olunmasıdır. İŞİD Səudiyyə Ərəbistanında həbsdə olan “Əl-Qaidə” üzvlərinin azad olunması üçün onların saxlandığı Əl-Hair və Tarfiya həbsxanalarına hücum etməklə hədə-qorxu gəlib. “Həmişə məhkumların azad olunmasına çalışırıq, lakin bu problemin həlli tiran idarəçiliyi aradan qaldırılmadan, həbsxanalar yerlə yeksan olunmadan mümkün görünmür” - deyə İŞİD-in yaydığı məlumatda qeyd edilib.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanında edam edilənlərin arasında şiə lider Nimr ən-Nimr də olub. Bu hadisə İranla Səudiyyə Ərəbistanı arasında gərginlik yaradıb, iki ölkə arasında diplomatik əlaqələr kəsilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227681

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR