İtaliyanın Befana cadugəri: Milad mövsümü başa çatdı

İtaliyanın Befana cadugəri: Milad mövsümü başa çatdı
13:53 6 Yanvar 2016
15 Digər
Ölkə mətbuatı
A- A+


Roma, 6 yanvar, AZƏRTAC
Dünyanın müxtəlif ölkələrində olduğu kimi, İtaliyada da Milad bayramı və ondan sonrakı ərəfə ilə bağlı maraqlı əfsanələr, qeyri-adi ənənələr mövcuddur. Dekabrın 25-də başlayan Milad mövsümü yanvarın 6-da Epifania festivalı ilə başa çatır. Bu adət hələ qədimdə roman xalqlarının məhz həmin tarixlərdə xüsusi ayinlər icra edərək və palıd ağacını yandıraraq Miladı qeyd etməsindən qalıb. Onlar inanırdılar ki, palıdın kömürü torpağı daha da münbit edəcək. Eyni zamanda, rəvayətə görə, həmin 12 günlük müddətdə şikar ilahəsi Diana bir neçə gənc qızla birgə səmada uçaraq məhsuldarlığın artmasına kömək edəcək. Lakin bütpərəstlərin təsiri ilə bu xoş inanclar mənfi yanaşmalarla əvəz olundu. Belə ki, şikar ilahəsi və gənc qızlar kifir və yaşlı qadınlara çevrildi. Məhz bu qadınlar bu gün də bütün İtaliyada Miladın başa çatması günü kimi qeyd olunan Epifanianın əsas personajı olan Befana nənənin obrazıdır. Əfsanəyə görə, yaşlı Befana səmada uçan süpürgəsi ilə 5 yanvar gecəsi bacalardan düşərək evlərdəki bütün hədiyyələri oğurlayır. Yanvarın 6-da bütün İtaliya məhz bu mistik obrazın gəlişini qeyd edir. Hətta Befananın Santa Klausun həyat yoldaşı olduğunu iddia edənlər də var.
İtaliyanın müxtəlif bölgələrində Epifania adətləri fərqlidir. Belə ki, Şimali İtaliyada nəhəng tonqalın ətrafına toplaşanlar yaşlı qadını simvolizə edən kuklanı oda ataraq yandırırlar. Bununla bütün xəstəliklərin və uğursuzluqların köhnə ildə qalmasını diləyirlər. İnanclara görə, köhnə parçadan hazırlanmış bu kukla nə qədər tez yanıb kül olarsa gələn il bir o qədər xoş əhval-ruhiyyədə keçər.
Mərkəzi İtaliyada da oxşar adətlər icra olunur. Eyni zamanda, mərkəzi meydanlarda toplaşanlar şən mahnılar oxuyaraq təbiəti canlandırmağa çalışırlar. Onlar evləri gəzərək hədiyyələr də toplayırlar. Bu il 17-ci dəfədir təşkil olunan bu mərasimə qatılmaq üçün dünyanın müxtəlif ölkələrindən xeyli sayda turist gəlir. Beş gün davam edən tədbir müddətində mer şəhərin açarlarını Befanaya təqdim edir. Burada Befana nənənin şəxsi taxta evi var və o, gələn qonaqlara şirniyyat, müxtəlif hədiyyələr verir. Paytaxt Romada isə bir əsrdən artıqdır ki, Epifania Novana meydanında qeyd olunur. Burada qurulmuş Milad bazarlarında bayramın əhval-ruhiyyəsini əks etdirən əşyalar satılır. Sonuncu gün isə Befana meydandakı uşaqlara şam və şirniyyat paylayır.
Cənubi İtaliyada isə Epifania daha çox dini elementlərlə birləşdirilir. Eyni zamanda, Befana nənənin səbətində yerli kənd təsərrüfatı məhsullarından ibarət sovqatlar olur. Bu bölgədə əsasən açıq havada Epifania ilə bağlı səhnəciklər nümayiş olunur.
Ümumiyyətlə, Epifania xüsusilə uşaqların səbirsizliklə gözlədiyi, maraqlı və özünəməxsus adətlərlə seçilən bir festivaldır.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Xanımı aktyoru belə təbrik etdi - FOTO

26 İyul 2017 20:52

Bakıda atasını itirən qızdan DƏHŞƏTLİ ƏMƏL

26 İyul 2017 20:49

Malidə göyərtəsində BMT sülhməramlıları olan helikopter qəzaya uğrayıb

26 İyul 2017 20:47

Qazaxda ağır yol qəzası - VİDEO - FOTO

26 İyul 2017 20:42

Melanya və İvanka Tramplar Vaşinqtonun gözəlləri seçildi

26 İyul 2017 20:37

Çimərliyə gedənlər oxusun! - 6 VACİB QAYDA

26 İyul 2017 20:37

Avropa dizel avtomobillərindən imtina edə bilər

26 İyul 2017 20:32

BMT sülhməramlılarını daşıyan helikopter qəzaya uğradı

26 İyul 2017 20:29

Selena ad gününü Castin Biberin sevimli məkanında qeyd etdi - FOTO

26 İyul 2017 20:27

Yay mövsümündə NECƏ QİDALANMALI?

26 İyul 2017 20:23

"Hyundai Motors"da İFLAS TƏHLÜKƏSİ

26 İyul 2017 20:22

45 yaşlı məşhurun arxiv fotosu: "Çirkin deyilik, pulumuz yoxdur"

26 İyul 2017 20:17

48 yaşlı aktrisa makiyajsız halda - FOTO

26 İyul 2017 20:17

Sevgini öldürən sözlərin siyahısı

26 İyul 2017 20:17

Ərlər arvadlarını boynunda daşıdı - VİDEO

26 İyul 2017 20:12

SOCAR-ın Xarici Təqaüd Proqramı Komissiyasının növbəti iclası keçirilib

26 İyul 2017 20:12

Qanında qlükoza az olan qadın bunu edir

26 İyul 2017 20:12

Saakaşvilinin vətəndaşlığı əlindən alındı

26 İyul 2017 20:08

Bədəndə xallar varsa gündə qaralmaq olarmı?

26 İyul 2017 20:05

Xanımların nəzərinə: tüklənmə sonsuzluq yaradır

26 İyul 2017 20:05

Dizel və benzinlə işləyən avtomobillərə

26 İyul 2017 19:58

Pakistan mətbuatında Azərbaycanın turizm imkanları barədə məqalə dərc edilib

26 İyul 2017 19:52

Saakaşvili Ukrayna vətəndaşlığından çıxarıldı - Poroşenko fərman imzalayıb

26 İyul 2017 19:52

Bakıda həmişəyaşıl ağaclar belə məhv edilir - VİDEO

26 İyul 2017 19:49

Azərbaycana 140-a yaxın pambıqyığan kombayn gətirilir

26 İyul 2017 19:48

Gözlərinizə inanmayacaqsınız: 6 aylıq hamilə olsa da... - FOTO

26 İyul 2017 19:47

Həmməruzəçiləri Azərbaycana gələcəklər

26 İyul 2017 19:44

Sizin artıq çəkiniz varmı? - FORMUL

26 İyul 2017 19:42

FHN iki nəfəri ölümdən qurtardı

26 İyul 2017 19:38

"Ağıllı" üzük barmağı telefona çevirəcək

26 İyul 2017 19:37

Fatih Terimin yerinə kim gələcək? - İDDİA

26 İyul 2017 19:37

ABB-nin kreditorlarının əksəriyyəti öhdəliyin dövlət qiymətli kağızlarına dəyişdirilməsi variantını seçib

26 İyul 2017 19:37

"Dedi, gəl, qızın özünü qatarın altına atıb..." - DƏHŞƏTLİ İNTİHARIN TƏFƏRRÜATI

26 İyul 2017 19:34

Bredli Kuper İrina və qızı ilə maraqlanmır - FOTO

26 İyul 2017 19:32

Sel 1 həftədə 48 nəfəri öldürdü

26 İyul 2017 19:27

Hər gün ilıq su için

26 İyul 2017 19:23

Çoxmənzilli binaların idarə olunmasında yeni üsulların tətbiqi genişlənir

26 İyul 2017 19:22

Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş şəxslər xilas edilib

26 İyul 2017 19:22

Azərbaycan şou-biznesi İnstagram-da - FOTO

26 İyul 2017 19:17

32 yaşlı qadını qaçırıb həftələr boyunca təcavüz edən polis ona aşiq oldu - FOTO

26 İyul 2017 19:17

Ağcaqanad dişləyibsə... Ağrını və qaşınmanı azaldan 5 TƏBİİ VASİTƏ

26 İyul 2017 19:12

Məleykə Abbaszadənin Zaqatalada keçirəcəyi qəbulun tarixi dəyişib

26 İyul 2017 19:07

"Qəbələ"nin rəqibi: "Bu intiqam məsələsi deyil"

26 İyul 2017 19:07

Pavel Paşayevin adı Avropa Liqasının iştirak ərizəsində

26 İyul 2017 19:05

Hakerlər üçün reabilitasiya düşərgəsi yaradıldı - DÜNYADA İLK DƏFƏ

26 İyul 2017 19:05

ABŞ-da 91 yaşlı qadın gözəllik kraliçası seçildi

26 İyul 2017 19:05

Polis azyaşlı uşağı öldürən cinayətkarı belə döydü - Qazaxıstanda - VİDEO

26 İyul 2017 18:57

Aktyorun qızı açıq-saçıq şəkillərini paylaşdı - FOTO

26 İyul 2017 18:57

Dövlət Baytarlıq Nəzarəti Xidməti: yayılan məlumatların heç bir əsası yoxdur

26 İyul 2017 18:57

Fariz Nəcəfov: "Bu dəfə çətin olacaq"

26 İyul 2017 18:57