Qətlə yetirilən iş qadınının evindən xeyli qızıl oğurlanıb

Qətlə yetirilən iş qadınının evindən xeyli qızıl oğurlanıb
13:57 6 Yanvar 2016
326 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün Bakıda yaşadığı mənzildə amansızlıqla qətlə yetirilən qadının mənzilindən külli miqdarda qızıl əşyaları oğurlanıb.

Publika.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 5-də Bakı şəhər sakini Məryəm Namidzadənin üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyidi yaşadığı Nəsimi rayonunun F.Qasımzadə küçəsindəki evində tapılıb.
 
M.Namidzadənin qızı Günel Hüseynova izahatında evdən ona məxsus 30000 ABŞ dolları dəyərində qızıl əşyaların oğurlandığını bildirib.
 
Nəsimi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395663.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR