Maskalı şəxslər kafedra müdirinin evinə soxuldular

Maskalı şəxslər kafedra müdirinin evinə soxuldular
13:57 6 Yanvar 2016
71 Digər
Ölkə mətbuatı
A- A+

Gəncədə maskalı şəxslər kafedra müdirinin yaşadığı evə daxil olublar.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 5-də Gəncə şəhərində yaşayan Qəmbər Abdullayevin evinə nəfəslikdən girmiş 4 maskalı şəxs səsə oyanmış ev sahibinə və onun oğlu Kənana küt alətlə xəsarət yetirərək pul vermələrini tələb edib, səs-küy yarandığından istədiklərinə nail ola bilməyib hadisə yerini tərk edib. Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri Ziyaməddin Əsgərov, əvvəllər məhkum olunmuş Samir Əsgərov, Azər Həsənov Ceyhun İsmayılov saxlanılıblar. S.Əsgərovdan 16,15 qram, yaşadığı evə baxış zamanı isə əlavə olaraq 4 kiloqram 246 qram marixuana götürülüb.

Məlumata görə, basqına məruz qalan Qəmbər Abdullayev Azərbaycan Dövlət Aqrar Universitetində kafedra müdiri vəzifəsində çalışır.
 
Faktla bağlı araşdırma aparılır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395672.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR