Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Gürcüstanda yeni əskinaslar dövriyyəyə buraxılacaq

Date: 6 January 2016 14:02

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda Milli Bankın prezidenti Georgi Kadaqidze bildirib.
Onun sözlərinə görə, yeni əskinaslar dövriyyəyə mərhələ-mərhələ buraxılacaq. Yeni pulların üzərində Gürcüstan maliyyə nazirinin imzası olmayacaq. Milli Bankdan bildirilib ki, yeni əskinaslar lazımi dərəcədə müdafiə olunur, hətta görmə qüsuru olanlar üçün də ayrıca elementlər həkk edilib.
Yeni əskinasların dizayneri Baçana Malazoniyadır.

Tags:  Gürcüstanda yeni əskinaslar dövriyyəyə buraxılacaq

RƏYLƏR


Top news