Bina uçdu, 4 yaşlı uşaq öldü

Bina uçdu, 4 yaşlı uşaq öldü
14:17 6 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Kutaisi şəhərində çoxmərtəbəli binada qəza baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, Konstantin Qamsaxurdiya küçəsində binanın beton konstruksiyasının uçması nəticəsində küçədə hərəkət edən ana və uşaq yaralanıblar. Onlar xəstəxanaya yerləşdiriliblər. Lakin hadisə nəticəsində ciddi xəsarət alan 4 yaşlı uşağı xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib. Ananın vəziyyəti isə qənaətbəxşdir. 
 
Olay yerinə xilasetmə xidməti və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Fakt üzrə Gürcüstan CM-in 116-cı maddəsi ilə (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi qaldırılıb, araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395675.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR