Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Maskalı şəxslər kafedra müdirinin evinə basqın etdi - YENİLƏNİB

Maskalı şəxslər kafedra müdirinin evinə basqın etdi  - YENİLƏNİB

Azərbaycanda maskalı şəxslər mağazaya basqın etdi (19 Mart 2017 10:24)
Maskalı şəxslər mağazaya girdilər - 2000 manatlıq ziyan vurdular (19 Mart 2017 10:23)
Maskalı şəxslər mağazaya girdilər - 2000 manatlıq ziyan vurdular (19 Mart 2017 10:12)

Tarix: 6 Yanvar 2016 14:19

Səs-küy yarandığından onlar istədiklərinə nail ola bilməyib, hadisə yerini tərk ediblər

 

Gəncədə yaşayış evinə maskalı şəxslərin basqın etməsi ilə bağlı yeni fakt ortaya çıxıb.

 

APA-nın əldə etdiyi məlumata görə, basqına məruz qalan Qəmbər Abdullayev Azərbaycan Dövlət Aqrar Universitetində kafedra müdiri vəzifəsində çalışır.

 

**

13:14

Quldurluq etmiş Gəncə sakinləri tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 5-də gecə saat 04 radələrində Gəncə şəhərində yaşayan Qəmbər Abdullayevin evinə nəfəslikdən girmiş 4 maskalı şəxs səsə oyanmış ev sahibinə və onun oğlu Kənana küt alətlə xəsarət yetirərək pul vermələrini tələb edib. Səs-küy yarandığından onlar istədiklərinə nail ola bilməyib, hadisə yerini tərk ediblər.

 

Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri Ziyaməddin Əsgərov, əvvəllər məhkum olunmuş Samir Əsgərov, Azər Həsənov və Ceyhun İsmayılov tutulub.


Teqlər:  Maskalı şəxslər kafedra müdirinin evinə basqın etdi YENİLƏNİB



RƏYLƏR


Top xəbərlər