Nazir sosial müavinətlərin artırılmasından danışdı

Nazir sosial müavinətlərin artırılmasından danışdı
14:22 6 Yanvar 2016
52 Digər
Ölkə mətbuatı
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi istehlak bazarında formalaşan yeni qiymətlərin əsasında sosial müavinətlərin məbləğinin artırılması üzrə təklifləri 2016-cı ili yanvarın sonuna hökumətə təqdim edəcək.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, müavinətlərin maliyyələşdirilməsi dövlət büdcəsi vəsaitləri hesabına həyata keçirilir, buna görə də bu məsələyə dövlət büdcəsinin proqnozlarına düzəlişlər edilərkən baxılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395678.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR