Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

İŞİD Səudiyyəni hədələyib

İŞİD Səudiyyəni hədələyib

Date: 6 January 2016 14:27

İŞİD terror təşkilatı Səudiyyə Ərəbistanını təhdid edib.

APA-nın "Milliyet"ə istinadən verdiyi xəbərə görə, buna səbəb yanvarın 2-də Səudiyyə Ərəbistanında edam edilən 47 nəfərin 43-nün "Əl-Qaidə" ilə əlaqədə ittiham olunmasıdır. İŞİD Səudiyyə Ərəbistanında həbsdə olan "Əl-Qaidə" üzvlərinin azad olunması üçün onların saxlandığı Əl-Hair və Tarfiya həbsxanalarına hücum etməklə hədə-qorxu gəlib. "Həmişə məhkumların azad olunmasına çalışırıq, lakin bu problemin həlli tiran idarəçiliyi aradan qaldırılmadan, həbsxanalar yerlə yeksan olunmadan mümkün görünmür", - deyə İŞİD-in yaydığı məlumatda qeyd edilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında edam edilənlərin arasında şiə lider Nimr ən-Nimr də olub. Bu hadisə İranla Səudiyyə Ərəbistanı arasında gərginlik yaradıb, iki ölkə arasında diplomatik əlaqələr kəsilib.

Milli.Az


Tags:  İŞİD Səudiyyəni hədələyib


RƏYLƏR


Top news