Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qara qızıl"ın "qara xəbəri" gəldi

"Qara qızıl"ın "qara xəbəri" gəldi

Date: 6 January 2016 14:32

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,43 dollar və ya 1,2% azalaraq 1 barelə görə 35,54 dollar təşkil edib.

APA-nın məlumatına görə, ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,45 dollar və ya 3,90% azalaraq 35,77 dollar olub. Beləliklə, Brent markalı neftin dəyəri 2004-cü ildən etibarən ən aşağı həddə düşüb.
 
ABŞ-ın UBS bankın proqnozuna əsasən, Brent neftinin dəyəri 30 dollardan aşağı enəcək. Buna baxmayaraq, bankirlər proqnozlaşdırır ki, cari ilin ikinci yarısında qiymətdə artım müşahidə olunacaq. Buna səbəb ABŞ-ın neft hasilatını azaltmaq niyyətidir.

Milli.Az


Tags:  Qara qızılın qara xəbəri gəldi


RƏYLƏR


Top news