Tanınmışların ən ucuz və bahalı libasları: "Hollivudda yaşamırıq"

Tanınmışların ən ucuz və bahalı libasları: "Hollivudda yaşamırıq"
14:32 6 Yanvar 2016
74 Digər
Ölkə mətbuatı
A- A+

Şou-biznesin tanınmış simaları oxuduqları mahnılarla yanaşı, geyindikləri libaslarla da səs-küy yaradıblar.

Axşam.az sənətçilər arasında sorğu apararaq, onların aldıqları ən ucuz və ən baha libasın qiymətini öyrənib:

Rəqqasə Fatimə Fətəliyeva:

"Qarderobumdakı ən bahalı geyimim kürkdür. 6700 manata almışam. Ən ucuz paltarım isə 10 manat olub".

Müğənni Roza Zərgərli:
"Ən bahalı paltarımı 2 min manata almışam. Mənim üçün ən dəyərli libaslar kliplərimdə geyindiyimdir. Mənə uğur gətirən ekran işlərimdəki paltarları heç vaxt atmaram. Mən maddi dəyərə önəm vermirəm. 2 manata da kofta alıb geyinmişəm".

Müğənni İlhamə Qasımova:

"Ən bahalı geyimimi Almaniyadan 1200 avroya almışam. Ucuz geyim isə... 10 avroya köynək almışam. Mənim üçün paltarın ucuz və ya baha olması önəmli deyil. Biz Hollivudda yaşamırıq, yüksək qonorar almırıq ki, bir libasa 20-30 min ödəyək. Alış-verişimin 99 faizini xaricdən edirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/395667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR