"AtaSığorta" ASC və "Bakı Metropoliteni" QSC uşaqlar üçün Yeni il bayramı təşkil edib

"AtaSığorta" ASC və "Bakı Metropoliteni" QSC uşaqlar üçün Yeni il bayramı təşkil edib
14:38 6 Yanvar 2016
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC
Yanvarın 6-da "AtaSığorta" ASC və "Bakı Metropoliteni" QSC korporativ sosial məsuliyyət çərçivəsində Şağan qəsəbəsindəki 3 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün ilin ilk xeyriyyə aksiyasını - Yeni il bayramını təşkil edib.
"AtaSığorta" ASC-dən AZƏRTAC-a bildiriblər ki, uşaqlar Şaxta baba, Qar qızı və nağıl qəhrəmanları ilə birlikdə şənlənib, ən yaxşı mahnı və şeir müsabiqəsində iştirak ediblər. Sonda uşaqlara bayram hədiyyələri təqdim olunub.
"Bakı Metropoliteni" QSC-nin marketinq şöbəsinin rəisi Lalə Babayeva və "AtaSığorta" ASC marketinq və kommunikasiyalar şöbəsinin rəisi Yusif Ağayev gələcəkdə bu cür tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu qeyd ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotAtaSigorta_quot_ASC_ve__quotBaki_Metropoliteni_quot_QSC_usaqlar_uchun_Yeni_il_bayrami_teskil_edib-916400

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR