"Şəxsi həyatında problem yaşayanlar..." - Vasif Məhərrəmli

"Şəxsi həyatında problem yaşayanlar..." -  Vasif Məhərrəmli
14:41 6 Yanvar 2016
73 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Vasif Məhərrəmli evini və ailəsini efirdə nümayiş etdirdiyi üçün onu qınayanlara cavab verib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Hər şey daxil” verilişində ailəsini gizlətməyin tərəfdarı olmadığını bildirib:

“Sənət adamı xalqa məxsusdur. İnsanlar sənət adamının təkcə mahnısı ilə yox, həm də həyatıyla maraqlanır. Mən şəxsi həyatımdan rahatam, Allahın bu gününə şükür. Şəxsi həyatında problem yaşayan tanınmışlar onu gizlədirlər. Ailəmiz, övladımız göz qabağındadır. Hərdən deyirlər ki, “Uşağı göstərməyin, göz dəyər”. Övladı verən Allahdır, onu qoruyan da mələkləridir. Heç nə olmaz. Gözdü dəyər, yıxılar, o da keçər. Aytəkinin “Evdəkilərə salam” verilişinin çəkilişi formata uyğun olaraq evimdə aparıldı. Burda böyük bir problem yoxdur ki”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43718

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR