Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

““The Guardian”ın siyahısı bizim üçün meyar deyil” - nazirliyin şöbə müdiri

““The Guardian”ın siyahısı bizim üçün meyar deyil” - nazirliyin şöbə müdiri

Gənclər və İdman Nazirliyində futbol sektorunun müdiri vəzifəsinə yeni təyinat olub (14 Mart 2017 16:52)
Atasının rəis işlədiyi idarədə oğlu müdir təyin edildi - Ramil Usubov əmr imzaladı (08 Mart 2017 12:47)
"Mövqe" qəzetinin şöbə müdiri vəfat edib (06 Mart 2017 13:29)

Tarix: 6 Yanvar 2016 14:44

 

 

“Böyük Britaniyanın “The Guardian” qəzetinin siyahısı bizim üçün meyar ola bilməz”.

 

Bunu APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib. Onun sözlərinə görə, Azərbaycanın turizm potensialının dünyanın müxtəlif ölkələrində təbliği istiqamətində mütəmadi işlər aparılır: “Ölkəmizin turizm potensialının Avropada və dünyanın müxtəlif ölkələrində təbliği və tanıtdırılması istiqamətində kifayət qədər işlər görülüb. Azərbaycanın cəlbedici turist ölkəsi kimi təbliğatı bu gün də davamlı olaraq aparılır və prioritet istiqamət kimi hər zaman diqqət mərkəzindədir. Təkcə ötən il yüzlərlə nəşrdə, internet portalı və nüfuzlu telekanallarda Azərbaycanın cəlbedici turist ölkəsi olması haqda materiallar əksini tapıb və ən nüfuzlu media orqanlarının siyahısında Azərbaycanın da adı olub”.

 

Qeyd edək ki, “The Guardian” qəzeti 2016-cı ildə tətil istirahətini keçirmək üçün ən yaxşı ölkələr siyahısında Azərbaycanın adını daxil etməyib.


Teqlər:  The Guardianın siyahısı bizim meyar deyil nazirliyin şöbə müdiri



RƏYLƏR


Top xəbərlər