Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Muradla Mervenin evliliyində ciddi problem - "Boşanacaqlar"

Muradla Mervenin evliliyində ciddi problem - "Boşanacaqlar"

Date: 6 January 2016 14:52

4 ay əvvəl dəbdəbəli toyla ailə quran müğənni Murad Dalkılıç və aktrisa Merve Boluğur arasında problemlər yaranıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bir neçə dəfə ayrı məkanlarda görüntülənən cütlük problemləri həll etsələr də, yenidən üz-üzə gəliblər.

Bir neçə gün əvvəl barmağında nişan üzüyü olmadan görüntülənən Murad bu haqda belə deyib:

"Evləndiyimi hər kəs bilir. O üzükləri də evliliyi bəlli etmək üçün taxırlar. Ona görə mən də bunu ifrat dərəcədə gözə soxmamağa çalışıram. Çox narahat aksesuardır..."

Onun bu açıqlaması həyat yoldaşını əsəbləşdirib. Aktrisa Murada: "Sən evliliyimizi ciddiyə almırsan?" - deyə etiraz edib.

Qeyd edək ki, maqazin dünyası ilə yanaşı, cütlüyə yaxın mənbələr də ulduz ailənin xasiyyətlərinin tutuşmadığını, az sonra bir-birindən bezəcəklərini iddia edirlər. Hətta "onlar çox keçməz, boşanarlar" deyənlər də az deyil.

Milli.Az


Tags:  Muradla Mervenin evliliyində ciddi problem Boşanacaqlar

RƏYLƏR


Top news