“Kənd təsərrüfatı ili” Qəbələdə meyvəçilik, tərəvəzçilik və taxılçılığın inkişafı üçün uğurlu olub

“Kənd təsərrüfatı ili” Qəbələdə meyvəçilik, tərəvəzçilik və taxılçılığın inkişafı üçün uğurlu olub
15:08 6 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+


Qəbələ, 6 yanvar, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ rayonunda iqtisadiyyatın əsasını təşkil edən taxılçılıq, meyvəçilik və tərəvəzçilik məhsullarının satışından gəlir əldə edən kəndli fermerlər və fərdi təsərrüfat sahibləri bu sahələrin ildə-ilə daha da inkişaf etdirilməsini qarşıya məqsəd qoyublar. Mütəxəssislər 2015-ci il “Kənd təsərrüfatı ili”ni Qəbələnin torpaq mülkiyyətçiləri üçün uğurlu olduğunu hesab edirlər. Belə ki, kəndlilər əvvəlki illərlə müqayisədə 2015-ci ildə əkin sahələrini xeyli artırmaqla yanaşı, bu sahələrdən bol məhsul da götürüblər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, 2015-ci ildə Qəbələdə kənd təsərrüfatı məhsullarının yığımı vaxtında və itkisiz başa çatdırılıb. İl rzində 21 min 300 hektar sahədən 64 min 645 ton taxıl, 1261 hektar sahədən 3 min 144 ton qarğıdalı, 130 hektar sahədən 1872 ton bostan məhsulları, 143 hektar sahədən 114 ton günəbaxan, 2 min 96 hektar sahədən 9 min 495 ton tərəvəz, 1157 hektar sahədən 7 min 497 ton kartof tədarük olunub. Ötən il bağbanlar 458 hektar üzüm sahəsindən 1414 ton, 10 min 429 hektar meyvə bağından 14 min 115 ton məhsul yığıblar.
Bütün bu nəticələr əvvəlki ilin göstəricilərindən xeyli yüksəkdir. Belə ki, 2015-ci ildə 26 min 512 hektar sahədə yazlıq və payızlıq məhsulların əkini aparılıb ki, bu da əvvəlki illə müqayisədə 1800 hektar çoxdur. Bundan əlavə, cari ilin məhsulu üçün 22 min 510 hektar sahədə taxıl səpilib (ötən ilkindən 1210 hektar çox). Həmçinin son bir ildə Qəbələdə 220 hektar sahədə sahədə yeni meyvə bağı salınıb.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kend_teserrufati_ili_Qebelede_meyvechilik_terevezchilik_ve_taxilchiligin_inkisafi_uchun_ugurlu_olub-916412

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR