İranın Gürcüstana ixrac edəcəyi qazın marşrutu məlum deyil

İranın Gürcüstana ixrac edəcəyi qazın marşrutu məlum deyil
15:09 6 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Gürcüstan İrandan qaz idxal etməkdə maraqlıdır. BunuAPA-nın sorğusuna cavab olaraq İranın Neft Nazirliyinin mətbuat katibliyindən bildiriblər.

 

Mətbuat xidmətindən bildirilib ki, Gürcüstana təbii qazın nəqli məsələsi ilkin tədqiqatlar mərhələsindədir. "Təbii qazın Gürcüstana Ermənistan vasitəsi ilə nəqli və onun həcmi barədə yayımlanan bütün xəbərlər həqiqəti əks etdirmir. Regionun bütün ölkələrinə, xüsusilə qonşu ölkələrə qaz ixrac etmək İranın strateji siyasətinin bir hissəsidir. Gürcüstan İrandan qaz idxal etməkdə maraqlıdır. Bununla bağlı İranın Milli Qaz Şirkəti daxilində müzakirələr aparılıb. Hələ ki, ixrac olunacaq təbii qazın həcmi, ixracatın başlama vaxtı və onun marşrutu ilə bağlı qərar qəbul olunmayıb".

 

Xatırladaq ki, İran KİV-in məlumatına görə, İran Ermənistan vasitəsilə Gürcüstana təbii qazın nəql edilməsi üçün rəsmi Tiflislə danışıqlar aparır.

 

İran Neft Nazirliyinin Milli Qaz Şirkətinin nümayəndəsi Əli Rza Kamili bildirib ki, Gürcüstanla əldə olunmuş razılığa əsasən İran qazı Ermənistanla sərhədədək çatdıracaq, Gürcüstan isə onu Ermənistanla sərhəddə almalıdır: "Bununla yanaşı razılaşma iqtisadi baxımdan Gürcüstan üçün sərfəli olmalıdır. Qaz tədarükünün həcmi 300-500 mln. kubfut təşkil etməlidir".

 

Ə. Kamili vurğulayıb ki, Gürcüstana tədarük olunacaq təbii qaz ancaq ölkənin daxili tələbatını ödəmək üçündür. Şirkət rəsmisi həmçinin qeyd edib ki, İran qazının Avropaya boru vasitəsi ilə nəql olunması məsələsi gündəmdə deyil. Çünki Avropa İttifaqı sıxılmış təbii qazın tədarükündə daha maraqlıdır.  

 

Gürcüstanın Energetika Nazirliyinin bu günlərdə yaydığı məlumatda deyilir ki, hazırkı mərhələdə İran tərəfi ilə Gürcüstana təbii qazın nəqli ilə bağlı konkret razılıq mövcud deyil".

 

“Kütləvi informasiya vasitələrində İranın Ermənistan üzərindən Gürcüstana 8-15 milyon kubmetr elektrik enerjisinin istehsalı üçün təbii qaz tədarükünə başlaması ilə bağlı məlumat yayılıb. Bununla bağlı qeyd etmək lazımdır ki, hazırkı mərhələdə İran tərəfi ilə təbii qazın tədarükü ilə bağlı konkret razılıq mövcud deyil. Təbii ki, təbii qazın tədarükü məsələsi də həll olunmayıb. Onu da qeyd etmək lazımdır ki, İran dünyanın ən iri qaz istehsalçısıdır və regiondakı bütün potensial tədarükçülərlə danışıqları davam etdirir. Məqsəd Gürcüstanı uzunmüddətli perspektivdə stabil və fasiləsiz olaraq təbii qazla təchiz etməkdir", - deyə bəyanatda deyilir.

 

Xatırladaq ki, ötən gün məsələ ilə bağlı SOCAR-ın Gürcüstandakı törəmə şirkəti olan "SOCAR Energy Georgia"nın baş direktoru Mahir Məmmədov da "APA-Economics"ə münasibət bildirib.

 

M. Məmmədovun sözlərinə görə, bu, SOCAR-ın Gürcüstana tədarük etdiyi qazın həcminə təsir etməyəcək: "Əgər Gürcüstan əlavə qaz həcminə ehtiyac duyursa, onu cəlb etməyə tam ixtiyarı var. Bu, SOCAR-ın Gürcüstana tədarük etdiyi qaz həcminə təsir etməyəcək. Bizim Gürcüstan hökuməti ilə 2025-ci ilə qədər müqaviləmiz var. Müqaviləyə görə, "SOCAR Energy Georgia" Gürcüstanın bütün sosial sektorunu təbii qazla təmin edəcək. Əgər müəyyən dövr ərzində bəzi səbəblər üzündən biz qaz tələbatını ödəyə bilməsək, Gürcüstan tərəfinin başqa mənbələrdən qaz tədarük etmək imkanı var".

 

Baş direktor bildirib ki, hər il Gürcüstan bazarında qaza olan tələbat 8-9% artır.

 

"Kommersiya təyinatlı qazın Gürcüstana tədarükü və satışı tamamilə açıq bazar və rəqabət prinsiplərinə uyğun şəkildə həyata keçirilir. Hazırda Gürcüstanda digər təyinatlı istehlakçıların tələbatını biz ödəyirik. Bizim təklif etdiyimiz qiymətlər də çox uyğundur", - deyə M. Məmmədov əlavə edib.

 

Baş direktorun sözlərinə görə, İranın Ermənistan vasitəsilə Gürcüstana tədarük edəcəyi təbii qaz bu bazarda rəqabət yaratmayacaq: "Gürcüstan bazarı həddindən artıq kiçik bazardır, burada ciddi rəqabət ola bilməz. İran tərəfindən Gürcüstana qaz verilməsi mexanizmləri mövcud deyil. Bu mexanizm barəsində hələlik ancaq danışıqlar aparılır. Bu mexanizm işə düşərsə, bu qazı yerləşdirmək üçün bir yer, bir bazar olmalıdır. Əgər bu qaz Azərbaycan qazından ucuz olacaqsa, onu tədarük etmək mümkün olacaqsa, aydın məsələdir ki, rəqabət olacaq. Ancaq, bir daha deyirəm ki, Gürcüstan bazarı çox kiçikdir və Azərbaycanın Gürcüstan tərəfi ilə bağladığı müqavilələr bizə tamamilə rahat fəaliyyət göstərməyə imkan verir".

 
 
 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycanda zəlzələ baş verdi

21 Avqust 2017 00:40

İki uşaq anası model xanım ideal bədəni ilə göz oxşadı - FOTOLAR

21 Avqust 2017 00:33

"Qəbələ"nin qələbə qolunun müəllifi: "Milliyə dəvət etsələr, sevinəcəyəm"

21 Avqust 2017 00:22

ABŞ-da avtobus yük maşını ilə toqquşub

21 Avqust 2017 00:22

Avqustun 21-nə olan

21 Avqust 2017 00:16

Qaxda zəlzələ baş verib

21 Avqust 2017 00:12

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08

İsveçrədə turist təyyarəsi qəzaya uğrayıb, 3 nəfər ölüb

21 Avqust 2017 00:07

Ağdam sakini həmkəndlisini xəstəxanalıq etdi

20 Avqust 2017 23:54

Ermənilər Ağdamın işğal altında olan ərazilərinə

20 Avqust 2017 23:53

Bıçaqlanan Gəncə sakini xəstəxanaya gedərkən qəzaya düşdü

20 Avqust 2017 23:44

Roman Qriqorçuk: "Hazırki nəticə məni sevindirir"

20 Avqust 2017 23:42

Müsəlmanlar Madriddə terrorizmə qarşı ETİRAZ AKSİYASI keçirdi

20 Avqust 2017 23:38

Bakıda 1 nəfər liftdə qaldı

20 Avqust 2017 23:36

Ermənilər Ağdamın işğal olunmuş ərazilərini yandırır

20 Avqust 2017 23:34

"Sumqayıt"ın baş məşqçisi: "Keçən illə müqayisədə özümüzə daha çox inanırdıq"

20 Avqust 2017 23:32

Ağdamda “VAZ” piyadanı vurdu

20 Avqust 2017 23:29

115 terrorçu öldürüldü

20 Avqust 2017 23:24

Ərə getdi - açıq-saçıq geyimlərə "Yox" dedi

20 Avqust 2017 23:18

Paxlanı möcüzəvi bitkiyə çevirən faydaları

20 Avqust 2017 23:18

“Hakimlikdən razı deyiləm” - Roman Qriqorçuk

20 Avqust 2017 23:17

Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulub

20 Avqust 2017 23:07

53 yaşlı kişini maşın vurdu

20 Avqust 2017 23:04

Ağstafada polis əməkdaşı bıçaqlandı

20 Avqust 2017 22:59

Gəncədə bıçaqlanan sürücü idarə etdiyi avtomobillə qəzaya düşüb

20 Avqust 2017 22:57

Ağstafada polis əməkdaşı bıçaqlandı

20 Avqust 2017 22:49

"Qəbələ"dən ikinci qələbə - VİDEO

20 Avqust 2017 22:47

Kişilərin bəyəndiyi qadın tipləri

20 Avqust 2017 22:47

Ağstafada 5 fərdi yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

20 Avqust 2017 22:43

Türkiyədə mikroavtobus dərəyə aşıb

20 Avqust 2017 22:38

"Kəpəz"i darmadağın etdilər - VİDEO

20 Avqust 2017 22:37

Şadlıq sarayının dayanacaq nəzrətçisini yük maşını vurub

20 Avqust 2017 22:27

Ağstafada 5 ev yanır

20 Avqust 2017 22:19

54 ilin avtomobili hələ də işlək vəziyyətdədir - VİDEO

20 Avqust 2017 22:18

Ağstafada 5 fərdi ev yanır

20 Avqust 2017 22:09

Parisdə terrorun qarşısı alındı

20 Avqust 2017 21:56

Ağstafada 3 ev yanıb, yanğınsöndürən xəsarət alıb

20 Avqust 2017 21:52

Apteklər eyni dərmanı niyə müxtəlif qiymətə satır? - araşdırma - VİDEO

20 Avqust 2017 21:48

"Çelsi" London derbisində qələbə qazandı

20 Avqust 2017 21:45

Cənubi Asiyada güclü daşqınlar

20 Avqust 2017 21:31

Ramil Quliyevdən daha bir qızıl medal

20 Avqust 2017 21:18

Şahin Diniyev: "Meydanın pis vəziyyətdə olması bizim əksimizə işlədi"

20 Avqust 2017 21:17

115 kq çəki atan qadın inanılmaz hala düşdü

20 Avqust 2017 21:14

Ramil Quliyevdən növbəti çempionluq

20 Avqust 2017 21:04

"Təmkin yeganə qəhrəman deyil" - Ayxan Abbasov

20 Avqust 2017 20:57

"Instagram"-da vacib yenilik

20 Avqust 2017 20:55

Norveçdə muzeydən Vikinqlər dövrünə aid 400 əşya oğurlandı

20 Avqust 2017 20:48

Mingəçevirdə bir gündə iki uşaq təcili yardım maşınında dünyaya gəlib

20 Avqust 2017 20:47

"Sahil" stansiyası bu gündən bağlanır

20 Avqust 2017 20:41

Daşqınlar 700 can aldı

20 Avqust 2017 20:34