​"Fluxys"ə yeni rəhbər təyin edilib

​"Fluxys"ə yeni rəhbər təyin edilib
15:12 6 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 yanvar. REPORT.AZ/ Belçikanın "Fluxys" şirkətinə yeni baş icraçı direktor (CEO) təyin edilib. "Report"un "Middle East&North African" qəzetinə istinadən yaydığı məlumata görə, Paskal de Buk (Pascal de Buck) yanvarın 1-dən Valter Pireri (Walter Peeraer) əvəz edib.
Buna baxmayaraq, V.Pirer Trans-Adriatik Boru Kəməri (TAP) layihəsindəki İdarə Heyətinin üzvü vəzifəsində qalmaqda davam edir. O, həmçinin "Dunkerque LNG"nin də İdarə Heyətinin üzvü olaraq qalacaq.
Məlumata görə, V.Pirer bu ilin mayında keçiriləcək "Fluxys"nin Direktorlar Şurasının növbəti iclasına qədər öz mövqelərini qoruyub saxlayacaq və məşvərətçi qismində fəaliyyətini davam etdirəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/fluxys-e-yeni-rehber-teyin-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR