Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Təhsil naziri 5 rayonun sakinlərini qəbul edəcək

Təhsil naziri 5 rayonun sakinlərini qəbul edəcək

Dövlət Komitəsinin sədri Şabranda vətəndaşları qəbul edəcək (13 Mart 2017 09:57)
Mikayıl Cabbarov Ağdaşda vətəndaşları qəbul edəcək (27 Fevral 2017 11:12)
İlham Əliyev Qətərin təhsil nazirini qəbul etdi - FOTO (20 Fevral 2017 10:28)

Tarix: 6 Yanvar 2016 15:12

Bakı. 6 yanvar. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov Biləsuvar, Salyan, Kürdəmir, Neftçala və Hacıqabul rayon sakinləri ilə görüşəcək. Bu barədə "Report"a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, görüş yanvar ayının 11-də saat 11:00-da Hacıqabul şəhərindəki Heydər Əliyev Mərkəzində olacaq.
Qəbulda Biləsuvar, Salyan, Kürdəmir, Neftçala və Hacıqabul rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar yanvarın 6, 7 və 8-də Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etmələri xahiş olunur.

Teqlər:  Təhsil naziri rayonun sakinlərini qəbul edəcək



RƏYLƏR


Top xəbərlər