Azərbaycan nümayəndəsi Bazeldə keçirilən turnirdə qalib gəlib

Azərbaycan nümayəndəsi Bazeldə keçirilən turnirdə qalib gəlib
15:13 6 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC
Bazeldə keçirilən beynəlxalq şahmat festivalı başa çatıb.
Festivalın Masters turnirində Azərbaycan nümayəndəsi qrossmeyster Arkadi Naydiç 7 mümkün xaldan 5,5 xal toplayaraq qalib gəlib.
Adriyen Demyut, Bilel Bellasen (hər ikisi – Fransa), Artur Paypers (Hollandiya), Mixac Stoyanoviç (Serbiya), Tit Stremaviçyus (Litva), Andreas Hayman, Yan Mik Şprenqer (hər ikisi - Almaniya) və Yuliya Şvayqer (İsrail) liderdən yarım xal geri qalıblar.
AZƏRTAC xəbər verir ki, sonuncu turda qara fiqurlarla oynayan Azərbaycan nümayəndəsi serbiyalı qrossmeyster Mixac Stoyanoviçə qalib gəlib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_numayendesi_Bazelde_kechirilen_turnirde_qalib_gelib-916415

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR