Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Barak Obama silah satışına məhdudiyyətlər qoyan sərəncamı imzalayıb

Barak Obama silah satışına məhdudiyyətlər qoyan sərəncamı imzalayıb

Date: 6 January 2016 15:13


Bakı, 6 yanvar, AZƏRTAC
ABŞ Prezidenti Barak Obama silah dövriyyəsinə məhdudiyyətlər qoyan sərəncamı imzalayıb.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, kütləvi qətllər Obamanın prezidentlik dövrünün kabusuna çevrilib. Lakin Ağ Evin Konqresi silah ticarətinə nəzarətin gücləndirilməsinə razı salmaq cəhdləri respublikaçıların və silah lobbisinin sərt müqaviməti ilə rastlaşır. Bu səbəbdən Obama məsuliyyəti öz üzərinə götürərək prezident sərəncamı ilə bütün silah tacirlərini öz alıcılarını yoxlamağa məsul edib.
Yaxınları və qohumları Amerika şəhərlərinin küçələrində güllələnən insanların əhatəsində silah ticarətində nəzarətin gücləndirilməsi barədə çıxış edən ABŞ Prezidenti göz yaşlarını saxlaya bilməyib.
Respublikaçılar isə amerikanların silaha sahib olma azadlığını məhdudlaşdırdığı üçün Prezidentə qarşı yaxın vaxtlarda məhkəmə iddiası irəli sürəcəklərini bildiriblər.
Analitiklərin fikrincə, Barak Obamanın sərəncamı çətin ki, yaranmış vəziyyəti dəyişə bilsin. Belə ki, ABŞ-da baş verən son 15 kütləvi qətl tam qanuni yolla və dəqiqliklə yoxlanılan insanlara satılan silahlar vasitəsi ilə törədilib. Odur ki, yeni yoxlamaların zorakılığın qarşısını ala biləcəyi inandırıcı görünmür.

Tags:  Barak Obama silah satışına məhdudiyyətlər qoyan sərəncamı imzalayıb



RƏYLƏR


Top news