Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanda yaşayan pravoslavlar Milad bayramına hazırlaşır

Azərbaycanda yaşayan pravoslavlar Milad bayramına hazırlaşır

Tarix: 6 Yanvar 2016 15:17

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycanda yaşayan pravoslavlar Milad bayramına hazırlaşır.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasından "Report"a verilən məlumata görə, yanvarın 6-dan 7-nə keçən gecə Bakıdakı bütün pravoslav kilsələrində təntənəli ibadət baş tutacaq.
Eyni zamanda, yanvarın 7-də saat 16.00-da Milad münasibətilə bayram ibadəti keçiriləcək.
Yeparxiyadan aldığımız məlumata görə, yanvarın 9-da Bakıda xeyriyyə məqsədilə uşaqlar üçün Milad yolkası qurulacaq. Yanvarın 11-də isə "Kapelhaus" Almaniya-Azərbaycan Mədəniyyət Mərkəzində bayram konserti keçiriləcək.

Teqlər:  Azərbaycanda yaşayan pravoslavlar Milad bayramına hazırlaşır



RƏYLƏR


Top xəbərlər