"Təbii qazın Gürcüstana Ermənistan vasitəsi ilə nəqli həqiqəti əks etdirmir"

"Təbii qazın Gürcüstana Ermənistan vasitəsi ilə nəqli həqiqəti əks etdirmir"
15:22 6 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

Üç rayonun əhalisi 2 gün təbii qazsız qalacaq (27 Aprel 2017 13:37)
2025-ci ilədək kommersiya qazının hasilat həcmi açıqlandı (26 Aprel 2017 13:05)
SOCAR Rusiyadan alınan qazın həcmini artırır - 5 mlrd. kubmetrə qədər (06 Aprel 2017 15:12)

Gürcüstan İrandan qaz idxal etməkdə maraqlıdır.

Bunu APA-nın sorğusuna cavab olaraq İranın Neft Nazirliyinin mətbuat katibliyindən bildiriblər.

Mətbuat xidmətindən bildirilib ki, Gürcüstana təbii qazın nəqli məsələsi ilkin tədqiqatlar mərhələsindədir. "Təbii qazın Gürcüstana Ermənistan vasitəsi ilə nəqli və onun həcmi barədə yayımlanan bütün xəbərlər həqiqəti əks etdirmir. Regionun bütün ölkələrinə, xüsusilə qonşu ölkələrə qaz ixrac etmək İranın strateji siyasətinin bir hissəsidir. Gürcüstan İrandan qaz idxal etməkdə maraqlıdır. Bununla bağlı İranın Milli Qaz Şirkəti daxilində müzakirələr aparılıb. Hələ ki, ixrac olunacaq təbii qazın həcmi, ixracatın başlama vaxtı və onun marşrutu ilə bağlı qərar qəbul olunmayıb".
 
Xatırladaq ki, İran KİV-ləri bildirib ki, İran Ermənistan vasitəsilə Gürcüstana təbii qazın nəql edilməsi üçün rəsmi Tiflislə danışıqlar aparır.
 
İranın Milli Qaz Şirkətinin nümayəndəsi Əli Rza Kamili bildirib ki, Gürcüstanla əldə olunmuş razılığa əsasən İran qazı Ermənistanla sərhədədək çatdıracaq, Gürcüstan isə onu Ermənistanla sərhəddə almalıdır: "Bununla yanaşı razılaşma iqtisadi baxımdan Gürcüstan üçün sərfəli olmalıdır. Qaz tədarükünün həcmi 300-500 mln. kubfut təşkil etməlidir".
 
Ə.Kamili vurğulayıb ki, Gürcüstana tədarük olunacaq təbii qaz ancaq ölkənin daxili tələbatını ödəmək üçündür. Şirkət rəsmisi, həmçinin qeyd edib ki, İran qazının Avropaya boru vasitəsi ilə nəql olunması məsələsi gündəmdə deyil. Çünki Avropa İttifaqı sıxılmış təbii qazın tədarükündə daha maraqlıdır.  
 
Gürcüstanın Energetika Nazirliyinin bu günlərdə yaydığı məlumatda deyilir ki, hazırkı mərhələdə İran tərəfi ilə Gürcüstana təbii qazın nəqli ilə bağlı konkret razılıq mövcud deyil.
 
"Kütləvi informasiya vasitələrində İranın Ermənistan üzərindən Gürcüstana 8-15 milyon kubmetr elektrik enerjisinin istehsalı üçün təbii qaz tədarükünə başlaması ilə bağlı məlumat yayılıb. Bununla bağlı qeyd etmək lazımdır ki, hazırkı mərhələdə İran tərəfi ilə təbii qazın tədarükü ilə bağlı konkret razılıq mövcud deyil. Təbii ki, təbii qazın tədarükü məsələsi də həll olunmayıb. Onu da qeyd etmək lazımdır ki, İran dünyanın ən iri qaz istehsalçısıdır və regiondakı bütün potensial tədarükçülərlə danışıqları davam etdirir. Məqsəd Gürcüstanı uzunmüddətli perspektivdə stabil və fasiləsiz olaraq təbii qazla təchiz etməkdir", - deyə bəyanatda deyilir.
 
Xatırladaq ki, ötən gün məsələ ilə bağlı SOCAR-ın Gürcüstandakı törəmə şirkəti olan "SOCAR Energy Georgia"nın baş direktoru Mahir Məmmədov da APA-ya münasibət bildirib.
 
M.Məmmədovun sözlərinə görə, bu, SOCAR-ın Gürcüstana tədarük etdiyi qazın həcminə təsir etməyəcək: "Əgər Gürcüstan əlavə qaz həcminə ehtiyac duyursa, onu cəlb etməyə tam ixtiyarı var. Bu, SOCAR-ın Gürcüstana tədarük etdiyi qaz həcminə təsir etməyəcək. Bizim Gürcüstan hökuməti ilə 2025-ci ilə qədər müqaviləmiz var. Müqaviləyə görə, "SOCAR Energy Georgia" Gürcüstanın bütün sosial sektorunu təbii qazla təmin edəcək. Əgər müəyyən dövr ərzində bəzi səbəblər üzündən biz qaz tələbatını ödəyə bilməsək, Gürcüstan tərəfinin başqa mənbələrdən qaz tədarük etmək imkanı var".
 
Baş direktor bildirib ki, hər il Gürcüstan bazarında qaza olan tələbat 8-9% artır.
 
"Kommersiya təyinatlı qazın Gürcüstana tədarükü və satışı tamamilə açıq bazar və rəqabət prinsiplərinə uyğun şəkildə həyata keçirilir. Hazırda Gürcüstanda digər təyinatlı istehlakçıların tələbatını biz ödəyirik. Bizim təklif etdiyimiz qiymətlər də çox uyğundur", - deyə M. Məmmədov əlavə edib.
 
Baş direktorun sözlərinə görə, İranın Ermənistan vasitəsilə Gürcüstana tədarük edəcəyi təbii qaz bu bazarda rəqabət yaratmayacaq: "Gürcüstan bazarı həddindən artıq kiçik bazardır, burada ciddi rəqabət ola bilməz. İran tərəfindən Gürcüstana qaz verilməsi mexanizmləri mövcud deyil. Bu mexanizm barəsində hələlik ancaq danışıqlar aparılır. Bu mexanizm işə düşərsə, bu qazı yerləşdirmək üçün bir yer, bir bazar olmalıdır. Əgər bu qaz Azərbaycan qazından ucuz olacaqsa, onu tədarük etmək mümkün olacaqsa, aydın məsələdir ki, rəqabət olacaq. Ancaq, bir daha deyirəm ki, Gürcüstan bazarı çox kiçikdir və Azərbaycanın Gürcüstan tərəfi ilə bağladığı müqavilələr bizə tamamilə rahat fəaliyyət göstərməyə imkan verir".

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

"İlhamə Quliyevanın mahnılarını toyxanalarda oxumayın" - aparıcı Lamiyyə

29 Aprel 2017 20:05

Bikinidə qolf oynadı - FOTO

29 Aprel 2017 20:05

Hamiləlik zamanı USM ziyanlıdırmı?

29 Aprel 2017 20:05

Maşın aşdı: ər-arvad yaralandı

29 Aprel 2017 20:04

“Şeytan ittifaqı”nın hədəfi və Qarabağda BÖYÜK MÜHARİBƏ: 10 dəqiqə içində... HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

29 Aprel 2017 20:03

Azərbaycanlı məktəblilər beynəlxalq kimya olimpiadasında

29 Aprel 2017 20:03

Cocuq Mərcanlıda gün ərzində 1291 qəlpə, 3 partlamamış hərbi sursat tapılıb (FOTO)

29 Aprel 2017 20:01

Cocuq Mərcanlıda iki mərmi və raket tapıldı

29 Aprel 2017 19:59

İmişlidə qəza: avtomobil aşdı, ər və arvad...

29 Aprel 2017 19:58

Boynumuz niyə xırçıldayır və ağrıyır?

29 Aprel 2017 19:58

İlahiyyatçı axundu ifşa etdi: “Onun Qurandan xəbəri yoxdur” – QALMAQAL

29 Aprel 2017 19:58

Fəhləlikdən neft milyonçuluğuna gedən yol – Murtuza Muxtarovun həyatı

29 Aprel 2017 19:57

Qurban Qurbanov: "Psixoloji üstünlüyün bizim tərəfimizdə olduğunu düşünmürəm"

29 Aprel 2017 19:57

İcra başçısının müavinindən 300 mini necə aldılar? - MTN cinayətləri

29 Aprel 2017 19:57

Finlandiyalı gimnast: Bakıdakı tamaşaçılar enerji verirlər

29 Aprel 2017 19:55

Portuqaliyalı gimnast: Bakıdakı gimnastika arenası möhtəşəmdir

29 Aprel 2017 19:55

Açılmayan Marian çökəkliyi sirləri

29 Aprel 2017 19:50

Günəbaxan tumu alarkən nələrə diqqət edilməlidir?

29 Aprel 2017 19:50

Telegram-da məhsul sifariş etmək mümkün olacaq

29 Aprel 2017 19:50

Ayaqları ilə rəsm çəkən Samirənin arzuları - FOTO

29 Aprel 2017 19:49

Artıq tamah baş yarar – HEKAYƏ

29 Aprel 2017 19:49

"Ermənilər köhnəlmiş raketlərlə özlərinin aparatlarını vurublar" - Ehtiyatda olan polkovnik

29 Aprel 2017 19:49

Türkmənistan prezidenti cıdır yarışında qalib gəlib

29 Aprel 2017 19:48

Lissabonda “World Press Photo” sərgisi açılıb

29 Aprel 2017 19:48

Uşağı namaza həvəsləndirmək məqsədilə...

29 Aprel 2017 19:48

İmişlidə yol qəzası baş verib, ər və arvad xəsarət alıb

29 Aprel 2017 19:44

"Sumqayıt"ın baş məşqçisi: "Udsaq da, üzüntülüyük"

29 Aprel 2017 19:44

Adınınz "A", yaxud "B" hərfi ilə başlayırsa

29 Aprel 2017 19:36

Hamiləlikdən sonra arıqladı - FOTO

29 Aprel 2017 19:32

Volvo yeni XC60 təqdim etdi - FOTO

29 Aprel 2017 19:27

Tikintidə işləyən fəhlələrə ŞAD XƏBƏR - Pensiya və əlillik dərəcəsi almaq...

29 Aprel 2017 19:23

İkiqat çempionluq: Tarixdə 2-ci dəfə

29 Aprel 2017 19:22

Həzrət Davudun çıxartdığı qeyri-adi hökm

29 Aprel 2017 19:22

Azərbaycan yığması Dünya Kubokunun finalına vəsiqə qazanıb

29 Aprel 2017 19:21

“11 qol hücumçu üçün gülməli rəqəmdi” – Roman Qriqorçuk

29 Aprel 2017 19:17

Fransız qadınlarının sirri - niyə onlar daha cazibədardırlar?

29 Aprel 2017 19:13

Hamilə aktrisa əri və qızı ilə - FOTO

29 Aprel 2017 19:13

Azərbaycanlı oliqarx övladlarının dəbdəbəli həyatı FOTOLARDA

29 Aprel 2017 19:13

Rusiya haqda inanılmaz faktlar

29 Aprel 2017 19:13

Məşhurların uşağlıq FOTOLARI

29 Aprel 2017 19:12

Premyer Liqa başa çatdı, sonuncu avrokubok yolçusu “Zirə” oldu - YENİLƏNİB

29 Aprel 2017 19:12

Görmə qüsuru olanlar üçün xüsusi eynək

29 Aprel 2017 19:12

“Neftçi” rekordçudu: Qapıları səhv salmaqda

29 Aprel 2017 19:12

“Siz də yorulmusunuz bu barədə eşitməkdən” – Samir Abasov

29 Aprel 2017 19:12

Azərbaycanda qadın müəllim zorla qaçırıldı

29 Aprel 2017 19:08

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV mövsümə yekun vurulub

29 Aprel 2017 19:07

Albanın yeni klubu müəyyənləşdi

29 Aprel 2017 19:05

Əməkdar artist xanımı ilə Kanadada - FOTO

29 Aprel 2017 19:05

"İstanbullu gəlin", "Arka sokaklar", yoxsa "Aşk ve Mavi"? - dünənin reytinqi

29 Aprel 2017 19:05

Əsl boşanma səbəbi məlum oldu - əri hər gün içirmiş

29 Aprel 2017 19:05