Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Ailəmiz, övladımız göz qabağındadır" - Vasif Məhərrəmli

"Ailəmiz, övladımız göz qabağındadır" - Vasif Məhərrəmli

Date: 6 January 2016 15:29

Müğənni Vasif Məhərrəmli şəxsi həyatından danışıb. Lent.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinə qonaq olan ifaçı ailəsini və evini efirdən gizlətmədiyini deyib: “Düşünürəm ki, sənət adamı xalqa məxsusdur. İnsanlar sənət adamının təkcə mahnısı ilə yox, həm də şəxsi həyatıyla maraqlanır. Şəxsi həyatımdan rahatam, bu günümə şükür olsun. Şəxsi həyatında problem yaşayan tanınmışlar ailələrini gizlədirlər. Ailəmiz, övladımız göz qabağındadır. Hərdən deyirlər ki, “uşağı göstərməyin, göz dəyər”. Övladı verən Allahdır, onu qoruyan da mələkləridir. Heç nə olmaz. Göz dəyər, yıxılar, o da keçər”.

 

Qeyd edək ki, V.Məhərrəmli iki dəfə evli olub, bir qızı, bir oğlu var. 


Tags:  Ailəmiz övladımız göz qabağındadır Vasif Məhərrəmli


RƏYLƏR


Top news