Əli Əhmədov: Məqsəd əlillik meyarlarını təkmilləşdirmək və şəffaflığı təmin etməkdir

Əli Əhmədov: Məqsəd əlillik meyarlarını təkmilləşdirmək və şəffaflığı təmin etməkdir
15:33 6 Yanvar 2016
59 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini – icra katibi Əli Əhmədov ölkədə əlilliyin təyinatı ilə bağlı yeni qaydaların hazırlanması və bu qaydaların əlilliyin təyinatı sahəsində şəffaflığın təmin edilməsinə təsiri məsələlərini AZƏRTAC-a şərh edərkən deyib: “Azərbaycanda əhalinin təxminən 6 faizə yaxını bu gün əlil və fiziki sağlamlığı məhdud olan insanlar kimi qeydiyyatdan keçib. Azərbaycanda bu kateqoriyaya aid olan 570 min insan var və onlardan 500 mini ya pensiya, ya da əlillik müavinəti alır. Yerdə qalanı isə 18 yaşına çatmamış fiziki qüsurlu vətəndaşlardır. Beləliklə, 500 min insan ya pensiya, ya da əlilliyə görə müavinətlər alır. Əlilliyə görə əmək pensiyası alanların sayı isə 370 min nəfərdir. Belə çıxır ki, Azərbaycanda 1 milyon 300 minə yaxın pensiyaçının 370 mini əlilliyə görə əmək pensiyası alanlardır. Bu, az rəqəm deyil”.
Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda mövcud qanunvericiliyə görə əlilliyi olan insanların əmək pensiyasına çıxması üçün çox ciddi güzəştlər var və bu güzəştlərdən də Azərbaycan vətəndaşları istifadə edirlər. Amma təbiidir ki, narahatedici məqamlar da var. Bu, ondan ibarətdir ki, bəzi hallarda əlilliyə pensiya yaşına çatmazdan əvvəl pensiya hüququ qazanmaq şansı kimi yanaşan insanlar var. Mən bunu çox təəssüf hissi ilə qeyd etmək istəyirəm. Bizim qarşımızda duran ən mühüm vəzifələrdən biri ondan ibarətdir ki, əlillikdən, bu və ya digər səbəbdən fiziki sağlamlığını itirməsi halından sui-istifadə etmək istəyən insanların sayı azaldılsın və yaxud bu cür sui-istifadə hallarının qarşısı alınsın. Hazırda bu istiqamətdə vacib işlər görülür. Bu sahədə atılan addımlardan biri əlillik meyarlarının təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi ilə bilavasitə əlaqədardır. Güman edirəm ki, yaxın zamanlarda görülən tədbirlər, normativ-hüquqi aktların yeniləşdirilməsi, bəzi qanunvericilik bazasının təkmilləşdirilməsi nəticəsində haqqında söhbət etdiyimiz mənfi məqamlar aradan qalxacaq. Dünya ölkələrinin əksəriyyətində əlilliyə bilavasitə vaxtından tez pensiyaya çıxmaq hüququnun əldə edilməsi şansı kimi baxılması geniş yayılmış praktika deyil.
Cəmiyyətdə əlilliyə münasibət problemini şərh edən Əli Əhmədov deyib: “Çalışmaq lazımdır ki, insanların sağlamlığı özünə qaytarılsın, onlar bütün parametrlərə görə cəmiyyətin tamhüquqlu üzvü olsunlar, işdən ayrılmasınlar, əgər azacıq fiziki qüsurları varsa və yaxud bəzi hallarda müəyyən qədər ciddi qüsurları varsa, onların yenə də müvafiq sahələrdə işləməsi üçün imkanlar yaradılsın. Çox vacibdir ki, insan özünü cəmiyyətdə lazımlı bir vətəndaş kimi dərk etsin və öz imkanlarını cəmiyyətə təqdim edə bilsin. Bu baxımdan əlilliklə əlaqədar iki əsas və bir-biri ilə sıx bağlı vəzifə həyata keçirilməlidir. Bunlardan birincisi bu və ya digər səbəblərlə əlaqədar fiziki sağlamlığını itirmiş insanların sağlamlığının bərpa edilməsi, ikincisi isə onların sosial təminatının təmin edilməsidir. İnsanın reabilitasiyası yolu ilə sağlam həyata qaytarılması mümkün olmadıqda, yalnız bu halda onun sosial təminatının bütövlükdə dövlətin üzərinə götürülməsi haqqında düşünmək olar. Haqqında söhbət etdiyimiz problemə düzgün yanaşmanı mən belə təsəvvür edirəm. Həyata keçirilən təkmilləşmələrin əsas məqsədi məhz bundan ibarət olmalıdır. Belə sağlam və dəqiq bir mexanizm hazırlandığı halda hesab edirəm ki, əlilliyin həm müəyyən, həm də təyin edilməsi ilə bağlı o qədər də şəffaf olmayan məqamlar varsa, onlar aradan qalxacaq və bu proses də tam şəffaf şəkildə həyata keçiriləcək”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ayan qızı ilə dincəlir - FOTO

28 İyul 2017 21:05

İsmayıllıda polislər turisti itlərin hücumundan xilas edib

28 İyul 2017 21:02

Şəkidə meşələrdə yanğın təhlükəsizliyinin qorunması mövzusunda seminar-müşavirə keçirilib

28 İyul 2017 21:02

Dubay taksiləri "ağıllı" sayğaclarla təchiz edilir

28 İyul 2017 20:57

London faciəsi Helsinkidə təkrarlandı - Ölən var

28 İyul 2017 20:53

Tanınmış model 3 fərqli obrazda klip çəkdirdi - VİDEO

28 İyul 2017 20:52

İstanbulda Bosfor boğazının altından 3 mərtəbəli tunel tikiləcək

28 İyul 2017 20:47

Yeniyetmələrin Avropa Olimpiya Festivalında velosiped yarışları başa çatıb

28 İyul 2017 20:42

Polşalı turist: "Azərbaycan polisinin şücaəti və operativliyi məni valeh edib"

28 İyul 2017 20:42

Gigi Hadid yenə stili ilə seçildi - FOTO

28 İyul 2017 20:42

VİDEO: Azərbaycan efirində görünməmiş hadisə

28 İyul 2017 20:40

“Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzin “Blockchain”lə bağlı tədbir keçirilib

28 İyul 2017 20:32

"Bu, məşhurlaşmağıma mane olur" - "Günəşim ol"un Nərgizi

28 İyul 2017 20:32

DİM-dən abituriyentlərə MÜRACİƏT

28 İyul 2017 20:28

Bodrumda elə hərəkətlər etdi ki... - FOTO

28 İyul 2017 20:27

KXDR növbəti dəfə ballistik raket atdı

28 İyul 2017 20:24

Azərbaycan İsveçrədən 362 kq qızıl qəbul edib

28 İyul 2017 20:19

Göbək çuxuruna spirtli pambıq qoyun

28 İyul 2017 20:18

""Jara" festivalından böyük gözləntilərim var"

28 İyul 2017 20:17

"Jara" həyəcanı davam edir: Festival iştirakçılarının qırmızı xalı üzərindən keçidi başlayıb

28 İyul 2017 20:17

ABŞ terrorçu PKK-nın Suriyadakı qollarına 626 maşın silah-sirsat təhvil verib

28 İyul 2017 20:17

CAR-da jest dili dövlət dili statusu ala bilər

28 İyul 2017 20:17

Xaçmazda DƏHŞƏTLİ OLAY: 2 yaşlı uşaq stuldan yıxılaraq öldü - FOTO/VİDEO

28 İyul 2017 20:13

“Bank of Baku” maliyyə göstəricilərini açıqlayıb

28 İyul 2017 20:12

Eyni serialda iki rolda çəkiləcək - FOTO

28 İyul 2017 20:12

Fransalı jurnalistlər Mətbuat Şurasında olublar

28 İyul 2017 20:05

38 yaşlı qadın xeyli psixotrop dərman içdi - ŞİRVANDA

28 İyul 2017 20:04

Suriyada 100 bomba partladı

28 İyul 2017 20:04

Boksçularımız dünya çempionatına hazırlaşır

28 İyul 2017 20:03

“Neftçi” futbolçusunu Venesuela klubuna icarəyə verib

28 İyul 2017 20:02

DİM Dövlət Dəniz Akademiyasında təhsil almaq istəyən abituriyentlərə müraciət edib

28 İyul 2017 20:02

Ölkədən çıxışınıza qadağa qoyulub?

28 İyul 2017 19:50

Serenay Sarıkayanın afrikasayağı imici - FOTO

28 İyul 2017 19:47

Fərdi uçot sisteminin əhatə etdiyi əcnəbilərin sayı 32 919 nəfər təşkil edir

28 İyul 2017 19:47

28 yaşlı qadın intihara cəhd edib

28 İyul 2017 19:47

Göygöldə "Opel" yanıb

28 İyul 2017 19:43

"Traktorsazi"yə 90+1 şoku

28 İyul 2017 19:37

Azərbaycan boksçuları dünya çempionatına hazırlığı davam etdirirlər

28 İyul 2017 19:37

"Opel" yanıb

28 İyul 2017 19:37

Terrorçu supermarketdə bıçaqla insanlara hücum etdi

28 İyul 2017 19:35

Dənizdə batan var - Axtarışlar davam edir

28 İyul 2017 19:33

Sukerberq planetin 5-ci varlısı oldu

28 İyul 2017 19:32

Tədris planları təsdiqləndi

28 İyul 2017 19:29

Azərbaycanın “Artilleriya atəşinin ustaları” müsabiqəsində rəqibləri məlum olub

28 İyul 2017 19:27

UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub

28 İyul 2017 19:27

Mərkəzi Bankda saxlancda olan qızılın miqdarı açıqlanıb

28 İyul 2017 19:27

İfaçı özündən 40 yaş kiçik qızla evlənib

28 İyul 2017 19:22

Göz ətrafı dərinizin sağlamlığı üçün təbii üsul

28 İyul 2017 19:20

Azərbaycanda 30 əcnəbiyə yaşamaq üçün icazə verilməyib

28 İyul 2017 19:17

Birləşmiş Ərəb Əmirliklərində əlvan daşlarla bəzədilmiş super-yaxta suya buraxılıb

28 İyul 2017 19:17