Narkotiklər və Cinayətkarlıq üzrə əlaqələndirici qurumun ekspertləri təyin edilib

Narkotiklər və Cinayətkarlıq üzrə əlaqələndirici qurumun ekspertləri təyin edilib
15:37 6 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) 2016-cı ildə BMT Baş Assambleyasının Ümumdünya Narkotiklər Problemi üzrə Xüsusi Sessiyasının əlaqələndirici qurumu və ekspertləri təyin edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, UNODC-un narkotiklərdən istifadənin qarşısının alınması üzrə elmi cəhətdən əsaslandırılmış profilaktik tədbirlərin görülməsi vacibliyi barədə məlumatlılığın artırılması məqsədini daşıyan təşəbbüsü üzrə işlərin planlaşdırılması və həyata keçirilməsində təşkilata köməklik göstərilməsi üçün Azərbaycan Respublikası tərəfindən əlaqələndirici qurum qismində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu müəyyən edilib, ekspertlər isə aidiyyəti qurumların əməkdaşları təyin olunub.
 
UNODC-nin 2016-cı ildə BMT Baş Assambleyasının Ümumdünya Narkotiklər Problemi üzrə Xüsusi Sessiyası ilə əlaqəli olan tədbirlər silsiləsində müvafiq qurum və digər qurumların əməkdaşları iştirak edəcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395695.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR