İsmayıllıda qar nəqliyyatın hərəkətini iflic etdi

İsmayıllıda qar nəqliyyatın hərəkətini iflic etdi
15:42 6 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

Son günlər müşahidə olunan qarlı-şaxtalı hava İsmayıllıda da öz təsirini göstərib. Üst-üstə yağan qar yol kənarlarında təpəciklərin əmələ gəlməsinə səbəb olub. Qarın buza çevrilməsi isə vəziyyəti daha da çətinləşdirib. Belə vəziyyət həm avtomobil yollarında, həm də piyadaların hərəkət etdiyi səkilərdə müşahidə olunur. Yolların sürüşkən olması sürücülərlə yanaşı, piyadalar üçün də çətin anlar yaşadıb.

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, vəziyyətin ciddiliyini nəzərə alan əlaqədar qurumlar hərəkətə keçiblər. İsmayıllı Yol İstsmar İdarəsinin işçiləri magistiral yollara qum və duz səpib. Bununla da problem qismən həll olunub. Hazırda avtomobil yolları işlək vəziyyətdə olsa da, piyada keçidləri tamamilə buz bağlayıb. Bəzi ərazilərdə gediş-gəlişdə böyük çətinliklər yaşanır.

Keçidlərin buz bağlaması səbəbindən piyadalar nəqliyyatın hərəkət zolağından keçməli olurlar. Bu isə onların həyatını təhlükə altında qoyur. Bundan başqa, yol kənarlarında qalaq-qalaq yığılıb qalan qar topaları gediş-gəlişə mane olur.

Hazırda hava temperaturu qismən yumşalıb. Bəzi ərazilərdə qar və buz qismən də olsa, əriməyə başlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395707.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR