“Afaq Bəşirqızı mənim plaşımı geyinirdi” sözlərinə cavab

“Afaq Bəşirqızı mənim plaşımı geyinirdi” sözlərinə cavab
15:56 6 Yanvar 2016
163 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Kübra Əliyevanın “Afaq Bəşirqızı mənim plaşımı geyinirdi” sözlərinə xalq artistindən cavab gəlib.

Axşam.az-ın məlumatına görə, A.Bəşirqızı “5-ci element” verilişində bunları deyib:

“İncəsənət universitetində oxuyanda tamaşadan çıxdım, imtahana getməliydim. Üst geyimim yox idi. Bu plaşı geyinib getdim. Bir dəfə efirdə qeyd etdim ki, Kübra Əliyevanın dəri plaşını geyindim. Bu mənim sadəliyim idi. Amma indi deyirəm ki, səhv etdim. Yazdılar ki, “Afaq Bəşirqızı Kübranın plaşında universitet bitirib”. Mən Kübranın könlünü xoş etmək üçün o sözü dedim. Mən demədim ki, o plaş Kübraya yox, tamaşa üçün tikilmişdi. Tamaşadan sonra onu kim istəsə, geyinə bilərdi. Bunları demədim. Amma bunu Kübra sevincək qeyd etdi. O, mənim xasiyyətimə bələd idi. Əslində onunla bir işləmişik, ona canım qurban. Heç kim onu mənim qədər tanıya bilməz”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43724

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR