Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Paralimpiyaçı cüdoçu İlham Zəkiyev Azərbaycanın əsas yığması ilə məşqlərə başlayıb

Paralimpiyaçı cüdoçu İlham Zəkiyev Azərbaycanın əsas yığması ilə məşqlərə başlayıb

IV İslam Həmrəyliyi Oyunlarının biletləri artıq satışda (19 Mart 2017 16:57)
İlham Zəkiyev vitse-prezident seçildi (03 Mart 2017 15:41)
İlham Zəkiyev vitse-prezident oldu (03 Mart 2017 15:19)

Tarix: 6 Yanvar 2016 16:02

Bakı. 6 yanvar. REPORT.AZ/ Cüdo üzrə Azərbaycan milli komandası Braziliyanın San-Paulu şəhərində təlim-məşq toplanışına başlayıb. Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hazırlıq prosesinə baş məşqçi Peter Zayzenbaherin rəhbərliyi altında 15 cüdoçu qatılıb. 
Bunlar İlqar Müşkiyev, Orxan Səfərov, Hidayət Heydərov, Tərlan Kərimov, Rüstəm Orucov, Əbdülhəq Rəsullu, Hüseyn Rəhimli, Rüstəm Alimli, Ramin Qurbanov, Şahin Qəhrəmanov, Məmmədəli Mehdiyev, Elmar Qasımov, Elxan Məmmədov, Uşangi Kakouri və Əlixan Həsənovdur. Bundan başqa, paralimpiyaçı cüdoçu İlham Zəkiyev də yığma ilə birgə Braziliyadadır.
Təlim-məşq toplanışı başa çatdıqdan dərhal sonra cüdoçular 22-24 yanvarda Kubada keçiriləcək Qran-Priyə qatılacaqlar. 

Teqlər:  Paralimpiyaçı cüdoçu İlham Zəkiyev Azərbaycanın əsas yığması məşqlərə başlayıb



RƏYLƏR


Top xəbərlər