AFFA-dan klublara şok cəza: transfer qadağası qoyuldu

AFFA-dan klublara şok cəza:   transfer qadağası qoyuldu
16:07 6 Yanvar 2016
19 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Peşəkar Futbol Liqasının müraciətinə baxıb. 

Belə ki, PFL İntizam Komitəsinə məktub ünvanlayaraq, Topaz Premyer Liqasında çıxış edən klubların (“Qarabağ” istisna olmaqla) legioner futbolçular üçün nəzərdə tutulan üzvlük haqqı və cərimələrdən ibarət olan PFL-ə ödənilməmiş borclarının olduğunu və borcların son ödəmə tarixinin 29 yanvar 2016-cı il kimi qeyd olunduğunu bildirib.

Eyni zamanda PFL təyin edilmiş tarixə kimi borcunu ödəməyən klublara qarşı yeni (yerli və legioner) futbolçuların qeydiyyatını və hazırda heyətdə olan legioner futbolçuların növbəti turlarda iştirakına qadağa qoyulması ilə də İntizam Komitəsinə müraciət edib. 
Yuxarıda göstərilənləri nəzərə alan İntizam Komitəsi 29 yanvar 2016-cı il tarixinə kimi PFL-ə olan borcunu ödəməyən klublara qarşı aşağıdakı cəzaları tətbiq edib:

* yeni (yerli və legioner) futbolçuların qeydiyyatına qadağa qoyulsun.
* hazırda heyətdə olan legioner futbolçuların növbəti turlarda iştirakına qadağa qoyulsun (borc ödənilmədiyi tarixə kimi).
* borcunu ödəmiş kluba qarşı cəzalar qüvvədən düşür.

Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-affa-dan-klublara-ok-cza-t46599.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR