Gənc Tamaşaçılar Teatrı üç aylıq repertuarını təsdiqləyib

Gənc Tamaşaçılar Teatrı üç aylıq repertuarını təsdiqləyib
16:13 6 Yanvar 2016
35 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2016-cı ilin ilk üç ayı üçün nəzərdə tutulmuş repertuar planı təsdiq edilib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sənət ocağı böyüklər üçün ilk üç ay ərzində “Yalqız Qərb”, “Gözəllik kraliçası” “Hasarın o üzü”, “Buzovna kəndinin əhvalatları” “Pəri Cadu”, “Xortdanın cəhənnəm məktubları” “Mən gəldim qızlar” “Sarıköynəklə Valehin nağılı” “Müsyö Jordan və dərviş Məstəli şah” “Romeo və Culyetta”, “III Riçard”, “Ağ ölüm”, “Şeyx Sənan” və “İtalyansayağı xoşbəxtlik” tamaşalarını təqdim edəcək.
Bu müddətdə balaca teatrsevərlər da unudulmayacaq. Onlara qarşıdakı üç yada “Buratinonun macəraları” “Çəkməli pişik” “Dörd əkizin nağılı” “Qoğalın nağılı”, “Yatmış gözəl”, “İncəbel və div”, “Dovşanın ad günü”, “Əlibaba və qırx quldur”, “Qırmızı papaq” ,“Dəcəl keçi” ,“Şahzadə Xəzərin nağılı, “Balaca və damda yaşayan Karlson”, “Çirkin ördək balası” və “Qaraca qız” tamaşaları təqdim olunacaq.
20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Mənim ağ göyərçinim”, Xocalı soyqırımı və 31 mart Azərbaycanlılarının soyqırımı ərəfəsində “Arzu və Murad” tamaşaları nümayiş olunacaq.
Bu müddət ərzində teatrda 2 yeni tamaşanın premyerası da nəzərdə tutulur. Belə ki, mart ayının əvvəlində italyan dramaturqu Karlo Qaldoninin “Mehmanxana sahibəsi” və Rus xalq nağılı əsasında hazırlanmış “Möcüzəli turpun nağılı” tamaşalarının premyerası olacaq.
 



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Genc_Tamasachilar_Teatri_uch_ayliq_repertuarini_tesdiqleyib-916437

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR