​Səudiyyə Ərəbistanı nefti Avropa bazarı üçün ucuzlaşdırıb

​Səudiyyə Ərəbistanı nefti Avropa bazarı üçün ucuzlaşdırıb
16:17 6 Yanvar 2016
17 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı avropalı müştəriləri üçün neftin satış qiymətində endirim edib. Ölkə bu qərarı rəsmi Tehranla münasibətlərin gərginləşdiyini əsas gətirərək, İranın Avropa bazarına çıxışını əngəlləmək üçün qəbul etdiyini bildirib.

Report-un "The Wall Street Journal" qəzetinə istinadən verdiyi xəbərə görə, S.Ərəbistanının "Aramco" dövlət neft şirkəti Şimal-Qərbi Avropadakı müştəriləri ilə fevral kontraktları üçün endirimi 0,60 dollar/barel, Aralıq dənizi regionu üçün isə 0,20 dollar/barel artırıb. Bununla yanaşı, Asiya müştəriləri üçün qiymət 0,60 dollar/barel artırılıb, ABŞ bazarında isə dəyişməyib.

Qeyd edək ki, 2012-ci ildə İrana qarşı embarqo tətbiq edilənə qədər İtaliya neft ehtiyacının 13%-ni, İspaniya isə 16%-ni İrandan alıb. Embarqodan sonra isə bu boşluğu S.Ərəbistanı doldurub. Bu səbəbdən S.Ərəbistanı bu iki ölkələrdəki bazar payını qorumağa çalışır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395713.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR