Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Türk Hava Yolları” Bakı-İstanbul-Bakı istiqamətində qiymətlərə endirim elan edir

Date: 6 January 2016 16:18


Bakı, 6 yanvar, AZƏRTAC
“Türk Hava Yolları” aviaşirkəti tərəfindən yanvarın 15-dən martın 31-dək Bakı-İstanbul-Bakı istiqamətində uçuşlara yeni endirimli qiymətlər elan olunub.
“Türk Hava Yolları”nın Bakıdakı rəsmi nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, endirimli qiymətlər Bakıdan İstanbulun hər iki aeroportuna (Atatürk ve Sabiha Gökçen) həyata keçirilən uçuşlara tətbiq olunur. Gediş-gəliş səyahəti üçün vergilər daxil olmaqla ümumi qiymət 159 avro təşkil edir. Bu kampaniya ilə həyata keçiriləcək uçuşlar yanvarın 5-dən 24-dək olan biletlərə şamil edilir.
Xatırlatmaq istərdik ki, bu kampaniyaya məxsus olaraq bir sərnişin üçün nəzərdə tutulan ödənişsiz baqajın çəkisi 30 kiloqram müəyyən edilib.
Kampaniya və xüsusi qaydalar haqqında ətraflı məlumat almaq istəyənlər şirkətin rəsmi veb saytından www.turkishairlines.com, (012) 404-88-49 nömrəli çağrı mərkəzindən, THY ofisindən və səlahiyyətli turizm agentliklərindən əldə edə bilərlər.

Tags:  Türk Hava Yolları Bakı-İstanbul-Bakı istiqamətində qiymətlərə endirim elan edir



RƏYLƏR


Top news