Amerikalı jurnalist Azərbaycan əleyhinə hazırlanmış qanun layihəsinə etiraz etdi

Amerikalı jurnalist Azərbaycan əleyhinə hazırlanmış qanun layihəsinə etiraz etdi
16:22 6 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+

Tanınmış amerikalı ekspert, müstəqil jurnalist Tomas Qolts konqresmen Kris Smit tərəfindən ölkəmizlə bağlı hazırlanmış qərəzli qanun layihəsinə öz etirazını bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, T.Qolts ABŞ-ın Kaliforniya ştatının Azərbaycan icmasının qanun layihəsinə etirazla bağlı hazırladığı elektron petisiyaya yazdığı şərhdə Montanadan olan iki senatoru və bir konqresmeni K.Smit və onun dar düşüncəli erməni tərəfdarları tərəfindən maliyyələşdirilən bu qanun layihəsini rədd etməyə çağırıb.
 
T.Qolts şərhində 1991-ci ilin yayından bəri Azərbaycanla dərin əlaqələrə malik olduğunu və ölkəmiz haqqında kitabı ("Azərbaycan Gündəliyi, M.E. Şarp 1998/99 ) ilə yanaşı bir sıra məqalələrin müəllifi olduğunu bildirib. O, həmçinin hazırda Azərbaycanın Ağdam rayonunun Ermənistanın işğalı altında olması üzündən 22 il ərzində ev oyunlarını Ağdamda keçirmək imkanından məhrum olan "Qarabağ" (Ağdam) futbol klubu haqqında bir saatlıq sənədli film çəkdiyini bildirib.
 
Qeyd edək ki, T. Qolts son 15 il ərzində Türkiyə və Qafqaz regionunda işləyib, bu müddət ərzində müxbir kimi Dağlıq Qarabağ münaqişəsini işıqlandırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395712.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR