Rusiya Türkiyəni İranla əvəz etdi

Rusiya Türkiyəni İranla əvəz etdi
16:31 6 Yanvar 2016
66 Digər
Ölkə mətbuatı
A- A+

İran 20 yanvar 2016-cı il tarixindən etibarən Rusiyaya süd məhsullarının ixracına başlayır.


Ans Press-in məlumatına görə, bu haqda məlumat verən Tehran Ticarət və Sənaye palatasının Kənd Təsərrüfatı Komitəsinin rəhbəri Kave Zərgəran bildirib ki, Rusiya baytarlıq nəzarəti xidmətinin nümayəndələrinin zavodlarda keçirdiyi yoxlamalardan sonra 4 süd zavodu lisenziya əldə edib.

O, həmçinin qeyd edib ki, hazırda İran süd məhsullarının ixrac edilməsindən 670 milyon dollar gəlir əldə edir. Əgər bu məhsullar Rusiya bazarında öz yerini tuta bilsə, ixracatdan əldə olunan gəlir 1 milyard dollara çata bilər.

Bir müddət əvvəl Rusiya Kənd Təsərrüfatı naziri Aleksandr Tkaçov bildirib ki, Türkiyədən əldə edilən məhsulların bir qismini İrandan ixrac etməklə əvəz etmək olar.

“Ötən ilin son 10 ayı ərzində Türkiyədən Rusiyaya ixrac edilən məhsulun dəyəri 1 milyard dollar təşkil edib ki, onun əsas hissəsini pomidor və sitrus meyvələri təşkil edib. 2014 cü ildə isə Türkiyədən 366 min ton tomat gətirilirdi ki, bunu da İrandan, Mərakeşdən , İsraildən, Azərbaycandan və Özbəkistandan gətirməklə əvəz etmək mümkündür” deyə nazir əlavə edib.


Aleksandr Tkaçov- Rusiyanın Kənd Təsərrüfatı naziri

Rusiya Baş naziri Dmitri Mevedyev Türkiyəyə tətbiq edilən sanksiyalar haqqında sərəncamı imzalaması ilə, 1 yanvar 2016-cı il tarixindən Rusiyadakı inşaat, otel, turizm və xidmət sektorunda türk şirkətlərinin fəaliyyət göstərməsi qadağan olunub.

Türkiyənin Rusiyaya ixrac etdiyi malların ümumi dəyəri 5 milyard 943 milyon ABŞ dolları təşkil edir. Ən çox ixrac məhsulları tekstil, ən az isə kənd təsərrüfatı və heyvandarlıq sahəsini əhatə edir.


Türkiyənin Rusiyaya göndərdiyi məhsullar

Rusiya Türkiyə arasında münasibətlərin gərginləşməsinə səbəb ötən ilin noyabr ayında Rusiyaya məxsusu Su24 təyyarsəinin Türkiyə-Suriya sərhəddində Türkiyə tərəfindən vurulması olub. Bu hadisədən sonra Rusiya Türkiyəyə çoxsaylı sanksiyalar tətbiq edib. Bu sanksiyalarda Türkiyədən gətirilən kənd təsərrüfatı məhsulları əsas yer tutur.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369006

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR