Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Keçmiş deputatın həbs xəbəri yayıldı

Keçmiş deputatın həbs xəbəri yayıldı

Date: 6 January 2016 16:37

"Beynəlxalq Bank işi"ndə adı hallanan sabiq deputatın saxlanılması ilə bağlı növbəti dəfə xəbər yayılıb. 

Milli.az qafqazinfo-ya istinadən bildirir ki, "Globus Plaza"nın sahibi, sabiq deputat Dünyamin Xəlilov bu il mayın əvvəllərində axtarışa verilmişdi. Bu günlərdə isə D.Xəlilov saxlanılaraq barəsində təkrar həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, "Bandotdel" bu ilin avqust ayında "Globus Plaza"da axtarış aparıb və şirkətin kassalarını möhürləyərək bağlayıb.

Xatırladaq ki, Nərimanov Rayon Məhkəməsi ötən il mayın 15-də Dünyamin Xəlilov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçmişdi. Həmin vaxt məlumatlara görə, banka olan borcunu qısa müddətə tezliklə ödəməyi üzərinə götürən eks-deputat sərbəst buraxılmışdı.

İndi isə onun yenidən həbsi ilə bağlı məlumat əldə etmişik. Qeyd olunur ki, onun saxlanılması borcları ilə bağlıdır.


Tags:  Dunyamin Xalilov globus plaza hebs deputat

RƏYLƏR


Top news