Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İŞİD dəhşətli silah hazırlayıb

İŞİD dəhşətli silah hazırlayıb

Date: 6 January 2016 16:47

İŞİD terror qruplaşması "yer-hava" tipli raketlərini hazırlayıb.

Publika.az "Sky news"a istinadən xəbər verir ki, raketlərlə hərbi təyyarələri vurmaq mümkündür. "Sky News" həmçinin qeyd edib ki, İŞİD paytaxt elan etdiyi Suriyanın Rakka şəhərindəki laboratoriyalardan birində raketlərin döyüş başlığı üçün lazım olan əldəqayırma istilik akkumulyatorları hazırlayıb. Bu iş üçün peşəkar alimlər və ekspertlər cəlb olunub.
 
Öz növbəsində "The Independent" yazıb ki, İŞİD-in istilik akkumulyatorlarını hazırlaması terror qruplaşmasının yüksək ixtisaslı mütəxəssislərə malik olduğunu göstərir.
 
2015-ci ilin oktyabr ayında Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi general-polkovnik Andrey Kartapolov bildirib ki, İŞİD silahları arasında daşınabilən zenit-raket kompleksləri var.


Tags:  İsid silahlari İsid


RƏYLƏR


Top news