Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Azdrama"ın aktyoru: Bu pis yuxu idi (FOTO)

"Azdrama"ın aktyoru: Bu pis yuxu idi (FOTO)

Date: 6 January 2016 16:51

“Kollektiv bunu gözləyirdi. Bunun üçün Milli Dram Teatda artıq 2 ildən çox mübarizə gedirdi". Bunu ANS PRESS-ə açıqlamasında teatra yeni direktor təyin edilməsinə münasibət bildirən Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı deyib. O, Azərpaşa Nemətin Dövlət Akademik Milli Dram Teatrının direktoru seçilməsini çoxdan gözlədiyini deyib.

Xalq artisti teatrda problemlər olduğunu və onların həllini tapmalı olduğunu etiraf edib. Onun sözlərinə görə, direktorun dəyişməsi ilə Azərbaycan teatrının beşiyi olan Milli Dram Teatrının inkişafı, problemlərdən xilas olması üçün çox ciddi bir addım atılıb. "Azərpaşa bəy teatrı, yaradıcı insanları sevən insandır. Əsas budur. Kollektivə bu gün böyük hədiyyə olundu. Biz də çalışacağıq yaxşı tamaşalar ilə tamaşaçıların qarşısına çıxaq. Biz heç kimin arxasınca danışmaq fikrində deyilik. Olanlar oldu, bu bir pis yuxu idi və keçdi getdi".


Nurəddin Mehdixanlı - xalq artisti


Azərbaycanın xalq artisti Mələykə Əsədova da nazirin yeni direktor təyinatını alqışlayıb.
“Bu qərarı alqışlıyıram. Azər müəllimə çox böyük hörmətim var. Həm insanlığı, həm də istedadı göz qarşısındadır. Neçə illərin rejissoru, aktyorların əsas dostu, onları sevən bir insandır”.


Mələykə Əsədova - xal artisti

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin qərarı ilə xalq artisti Azərpaşa Nemət Milli Dram Teatrının direktoru vəzifəsinə təyin olunub.
Uzun illər teatrda çalışmış Natiq Gülməmmədov isə teatrın icracı direktoru seçilib.

Bu gün o kollektivə təqdim edilib.

Azərpaşa Nemət 1990-cı il aprel ayının 20-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissorudur. 1991 və 1996-cı illərdə isə Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri seçilib. Andrey Popov adına SSRİ ümumittifaq müsabiqəsinin laureatıdır (1985). Onun tamaşaları İstanbulda, Aşqabadda, Moskvada keçirilmiş festival və müsabiqələrdə uğur qazanıb.

2010-2015-ci ilə kimi Milli Dram Teatrının direktoru İsrafil İsrafilov olub.


Tags:  Azdramaın aktyoru Bu pis yuxu idi FOTO

RƏYLƏR


Top news