Azərbaycan baş nazirinin müavini: “Şəffaf olmayan məqamlar varsa, onlar aradan qalxacaq”

Azərbaycan baş nazirinin müavini: “Şəffaf olmayan məqamlar varsa, onlar aradan qalxacaq”
16:52 6 Yanvar 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyev Rusiya baş nazirinin müavinini - (25 İyun 2017 20:49)
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi (23 İyun 2017 15:43)
Azərbaycan Prezidenti Gürcüstanın Baş nazirinin müavinini qəbul edib (23 İyun 2017 15:42)

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini – icra katibi Əli Əhmədov ölkədə əlilliyin təyinatı ilə bağlı yeni qaydaların hazırlanması və bu qaydaların əlilliyin təyinatı sahəsində şəffaflığın təmin edilməsinə təsiri məsələlərini şərh edib. “Report”un xəbərinə görə, baş nazirin müavini “Azərtac”a deyib ki, Azərbaycanda əhalinin təxminən 6 faizə yaxını bu gün əlil və fiziki sağlamlığı məhdud olan insanlar kimi qeydiyyatdan keçib: “Azərbaycanda bu kateqoriyaya aid olan 570 min insan var və onlardan 500 mini ya pensiya, ya da əlillik müavinəti alır. Yerdə qalanı isə 18 yaşına çatmamış fiziki qüsurlu vətəndaşlardır. Beləliklə, 500 min insan ya pensiya, ya da əlilliyə görə müavinətlər alır. Əlilliyə görə əmək pensiyası alanların sayı isə 370 min nəfərdir. Belə çıxır ki, Azərbaycanda 1 milyon 300 minə yaxın pensiyaçının 370 mini əlilliyə görə əmək pensiyası alanlardır. Bu, az rəqəm deyil”.
Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda mövcud qanunvericiliyə görə əlilliyi olan insanların əmək pensiyasına çıxması üçün çox ciddi güzəştlər var və bu güzəştlərdən də Azərbaycan vətəndaşları istifadə edirlər. Amma təbiidir ki, narahatedici məqamlar da var. Bu, ondan ibarətdir ki, bəzi hallarda əlilliyə pensiya yaşına çatmazdan əvvəl pensiya hüququ qazanmaq şansı kimi yanaşan insanlar var. Mən bunu çox təəssüf hissi ilə qeyd etmək istəyirəm. Bizim qarşımızda duran ən mühüm vəzifələrdən biri ondan ibarətdir ki, əlillikdən, bu və ya digər səbəbdən fiziki sağlamlığını itirməsi halından sui-istifadə etmək istəyən insanların sayı azaldılsın və yaxud bu cür sui-istifadə hallarının qarşısı alınsın. Hazırda bu istiqamətdə vacib işlər görülür. Bu sahədə atılan addımlardan biri əlillik meyarlarının təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi ilə bilavasitə əlaqədardır. Güman edirəm ki, yaxın zamanlarda görülən tədbirlər, normativ-hüquqi aktların yeniləşdirilməsi, bəzi qanunvericilik bazasının təkmilləşdirilməsi nəticəsində haqqında söhbət etdiyimiz mənfi məqamlar aradan qalxacaq. Dünya ölkələrinin əksəriyyətində əlilliyə bilavasitə vaxtından tez pensiyaya çıxmaq hüququnun əldə edilməsi şansı kimi baxılması geniş yayılmış praktika deyil.
Cəmiyyətdə əlilliyə münasibət problemini şərh edən Əli Əhmədov deyib: “Çalışmaq lazımdır ki, insanların sağlamlığı özünə qaytarılsın, onlar bütün parametrlərə görə cəmiyyətin tamhüquqlu üzvü olsunlar, işdən ayrılmasınlar, əgər azacıq fiziki qüsurları varsa və yaxud bəzi hallarda müəyyən qədər ciddi qüsurları varsa, onların yenə də müvafiq sahələrdə işləməsi üçün imkanlar yaradılsın. Çox vacibdir ki, insan özünü cəmiyyətdə lazımlı bir vətəndaş kimi dərk etsin və öz imkanlarını cəmiyyətə təqdim edə bilsin. Bu baxımdan əlilliklə əlaqədar iki əsas və bir-biri ilə sıx bağlı vəzifə həyata keçirilməlidir. Bunlardan birincisi bu və ya digər səbəblərlə əlaqədar fiziki sağlamlığını itirmiş insanların sağlamlığının bərpa edilməsi, ikincisi isə onların sosial təminatının təmin edilməsidir. İnsanın reabilitasiyası yolu ilə sağlam həyata qaytarılması mümkün olmadıqda, yalnız bu halda onun sosial təminatının bütövlükdə dövlətin üzərinə götürülməsi haqqında düşünmək olar. Haqqında söhbət etdiyimiz problemə düzgün yanaşmanı mən belə təsəvvür edirəm. Həyata keçirilən təkmilləşmələrin əsas məqsədi məhz bundan ibarət olmalıdır. Belə sağlam və dəqiq bir mexanizm hazırlandığı halda hesab edirəm ki, əlilliyin həm müəyyən, həm də təyin edilməsi ilə bağlı o qədər də şəffaf olmayan məqamlar varsa, onlar aradan qalxacaq və bu proses də tam şəffaf şəkildə həyata keçiriləcək”.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Daşkəsəndə 26 yaşlı gənc bıçaqlanıb

26 İyun 2017 02:52

Reallıqdan daha gözəl - FOTO

26 İyun 2017 02:32

Göyərtəsində 150 turist olan gəmi batdı

26 İyun 2017 02:04

İki nəhəngin mübarizəsi -

26 İyun 2017 02:04

Bakıda beynəlxalq rəqs festivalı keçiriləcək

26 İyun 2017 01:48

Tovuz sakini spirtli içkidən zəhərlənib

26 İyun 2017 01:47

Qazaxda qadın pomidordan zəhərləndi

26 İyun 2017 01:44

İran Rusiyalı turistlər üçün vizaları ləğv edib

26 İyun 2017 01:36

Yaponiya: əfsanə və futurizm arasında - FOTO

26 İyun 2017 01:32

59 yaşlı qadın ağacdan yıxılaraq xəsarət aldı - Gəncədə

26 İyun 2017 01:29

Xalq artisti Qəndab Quliyeva VƏFAT ETDİ

26 İyun 2017 01:25

DƏHŞƏTLİ EPİDEMİYA: Vəba xəstəliyindən 1300 nəfər öldü

26 İyun 2017 01:18

Kolumbiyada 150 nəfəri daşıyan qayıq qəzaya uğrayıb

26 İyun 2017 01:17

Diş daşlarından təbii yolla xilas olun -

26 İyun 2017 01:10

Pakistanda benzindaşıyan maşının alışması nəticəsində ölənlərin sayı 152 nəfərə çatıb

26 İyun 2017 00:50

Yəməndə 1300-dən çox adam vəba xəsətəliyindən ölüb

26 İyun 2017 00:42

29 yaşlı oğlan döyülərək xəstəxanalıq oldu - Tovuzda

26 İyun 2017 00:34

Tovuzda mübahisə kütləvi davaya çevrildi

26 İyun 2017 00:28

Fransada yaşayış binasında yanğın -

26 İyun 2017 00:21

Bərdədə intihara cəhd hadisəsi baş verib

26 İyun 2017 00:17

Bu gün Silahlı Qüvvələr günüdür

26 İyun 2017 00:14

Astroloji proqnoz - 26 iyun

26 İyun 2017 00:08

Tovuzda kütləvi dava zamanı bir neçə nəfər xəsarət alıb

26 İyun 2017 00:07

Məşhur aktrisa okean sahilində - FOTO

26 İyun 2017 00:05

Günün qoroskopu: ciddi fikir ayrılıqları olacaq

26 İyun 2017 00:05

Azərbaycanda Ramazan bayramı qeyd olunur

26 İyun 2017 00:02

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

26 İyun 2017 00:01

Beyləqanda Toyota və taxıl sahəsi yanıb

25 İyun 2017 23:57

Tramp Ramazan bayramı münasibətilə ənənəvi şam ziyafəti verməyib

25 İyun 2017 23:57

Kia-dan yeni krossover - FOTO

25 İyun 2017 23:57

Argentinada üzə çıxan 128 yaşlı şəxs Adolf Hitler olduğunu iddia edir

25 İyun 2017 23:52

Zehni açan 4 ədviyyat

25 İyun 2017 23:52

Çikaqoda stadionda bayram namazı

25 İyun 2017 23:52

Azərbaycan Qran-Prisi atəşfəşanlıqla başa çatdı - FOTOLAR

25 İyun 2017 23:48

Bakı, "Formula-1": sürprizli, sensasiyalı yarış - FOTO

25 İyun 2017 23:47

Bakıda 22 yaşlı model estetik əməliyyatdan sonra öldü

25 İyun 2017 23:47

Namazda səcdələrin sayını unudan adam nə etməlidir?

25 İyun 2017 23:47

Axirət günündə sağ qalmaq mümkündürmü? -

25 İyun 2017 23:46

Məsciddə atışma: 4 ölü

25 İyun 2017 23:38

Almaniya və Çili yarımfinalda - VİDEO

25 İyun 2017 23:37

Jaguar-dan yeni universal XF - FOTO

25 İyun 2017 23:37

Bakıda "Formula-1" pilotları arasında mübahisə: “Kişidisə, gəlsin üz-üzə danışaq...” - VİDEO - FOTO

25 İyun 2017 23:32

Populyar xanım ispan kurortunda - FOTO

25 İyun 2017 23:32

İstirahət məkanı, yoxsa virus mənbəyi? - Abşeron çimərlikləri - FOTO

25 İyun 2017 23:32

Şüuraltı fikirləri təmizləmək mümkündür

25 İyun 2017 23:22

"Ərimə hər gün yenidən aşiq oluram" - məşhur müğənni

25 İyun 2017 23:22

Oturaq işləyən insanlar diqqətli olun

25 İyun 2017 23:22

Ucarda çimərkən boğulmuş yeniyetmənin meyiti tapılıb

25 İyun 2017 23:17

Kişiyə qadın paltarı geyindirib küçədə gəzdirdilər -

25 İyun 2017 23:15

Tovuzda özünü qatarın altına atan qadının kimliyi bilindi

25 İyun 2017 23:14