Yeni nəsil IP ATS proqram istehsalçısı Azərbaycanda distributorunu elan edib

Yeni nəsil IP ATS proqram istehsalçısı Azərbaycanda distributorunu elan edib
16:58 6 Yanvar 2016
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC
“Windows” üçün yeni nəsil IP ATS proqram istehsalçısı olan 3CX şirkəti Azərbaycanda “iTech Group” MMC-ni distributoru elan edib.
“iTech Group”dan AZƏRTAC-a bildirilib ki, 3CX şirkəti “3CX Phone System” və “WebMeeting” proqramlarını işləyib hazırlayıb və 100 faiz yalnız tərəfdaşları vasitəsilə fəaliyyət göstərir. Açıq proqram platforma standartlarına əsaslanan “3CX Phone System” rabitə sahəsinə yenilik gətirir və ənənəvi ATS-i əvəz edir. “3CX WebMeeting” proqramı isə hər hansı əlavə avadanlıq və ya proqramı almağa ehtiyac olmadan, pulsuz veb konfransları həyata keçirməyə imkan verən unikal həlldir.
3CX şirkətinin ABŞ, Böyük Britaniya, Almaniya, Çin, Cənubi Afrika Respublikası, Rusiya və Avstraliyada ofisləri var. Dünyada 70 mindən çox müştərisi olan “3CX Phone System” xidmətlərindən “Boeing”, “McDonald”, “Hugo Boss”, “Ramada Plaza Antwerp”, “Harley Davidson”, “Wilson Sporting Goods” və “Pepsi” kimi şirkətlər istifadə edir.
3CX şirkətinin Şərqi Avropa üzrə satış nümayəndəsi Katerina Burtsava: " Biz 3CX distributorları arasında “iTech Group”u salamlamağa məmnunuq. Hazırda Şərqi Avropa bazarlarında fəaliyyətimizi genişləndirməyi davam etdiririk. Şirkətimiz digər 3CX tərəfdaşlarına öz biznes və mənfəətlərini artırmaq üçün dəstək göstərəcək”.
“Biz fəxr edirik ki, 3CX şirkəti Azərbaycan bazarı üçün distributor olaraq məhz bizi seçib. 3CX tərəfdaşlarına vebinar və digər təlim proqramları vasitəsilə dəstək ola biləcəyimizə əminik. Bu tərəfdaşlıq ölkəmizdə fəal inkişaf edən “IP ATS” bazarında 3CX şəbəkəsini genişləndirməyə imkan verəcək”,- deyə “iTech Group”un direktoru İlham Əzizov bildirib.
Qeyd edək ki, iTech Group” MMC 15 ildən artıq müddətdir ki, sistem inteqratoru olaraq, informasiya texnologiyaları bazarında fəaliyyət göstərir və telekommunikasiya, təhlükəsizlik, konsaltinq, autsorsinq və proqram təminatı sahələrində həll və xidmətlər təklif edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeni_nesil_IP_ATS_proqram_istehsalchisi_Azerbaycanda_distributorunu_elan_edib-916452

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR