Yunus Oğuz Qırğızıstanda fəxri fərmanla təltif olunacaq

Yunus Oğuz Qırğızıstanda fəxri fərmanla təltif olunacaq
17:05 6 Yanvar 2016
12 Digər
Ölkə mətbuatı
A- A+

Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz Qırğızıstan Prezidenti yanında dövlәt dili komissiyasının fәxri fәrmanı ilә tәltif olunacaq.

Bu barədə olaylar-a məlumat verən Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov bildirib ki, təltifetmə yazıçının müəllifi olduğu "Əmir Teymur" kitabının bu ölkədə təqdimat mərasimi zamanı baş tutacaq. Nüsrət Məmmədov bildirib ki, Prezident rezidensiyasında baş tutacaq tәqdimatda bu ölkədə fəaliyyət göstərən xarici ölkәlәrin sәfirlәri, Qırğızıstanın dövlәt nümayәndәlәri iştirak edәcәk: "Təqdimat mərasimində 10-na yaxın nazir, Qırğızıstan Respublikası Joqorku Keneşin (Parlamentin) spikeri vә deputatlarının iştirakı gözlәnilir".

Qeyd edək ki, Yunus Oğuzun müəllifi olduğu "Əmir Teymur-dünyanın hakimi" və "Əmir Teymur-zirvəyə doğru" tarixi romanları Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun dəstəyi ilə qırğız dilinə tərcümə edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/395720.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR