Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Xaçmazda 3 uşaq atası imkansızlıqdan özünü asdı

Xaçmazda 3 uşaq atası imkansızlıqdan özünü asdı

Date: 6 January 2016 17:06

Şimal bölgəsində ilin ilk intihar hadisəsi qeydə alınıb. ANS PRESS-in məlumatına görə, hadisə Xaçmazda, 4-cü şöbə adlanan yaşayış massivində baş verib.

Rayonun Palçıqoba kənd sakini 36 yaşlı Ramin Abdalov yaşadığı evin tövləsində özünü iplə asıb. Bu barədə gecə 23 radələrində xəbər tutan ailə üzvləri hüquq-mühafizə orqanlarını məlumatlandırıblar. Hadisə yerinə gələn polis-prokurorluq əməkdaşları Ramin Abdalovun intihar etməsinin səbəblərini araşdırmağa başlayıblar.
Xaçmaz prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci - özünü öldürmə hədinə çatdırma maddəsi ilə cinayət işi açılıb. 3 uşaq atası olan Ramin Abdalovun maddi imkansızlıqdan özünə qəsd etdiyi bildirir.




Bənzər hadisəs bu gün Bakıda da baş verib. Pirallahı Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, rayonun Səməd Vurğun küçəsində yaşayan 1966-cı il təvəllüdlü Ələmdar Oruc oğlu Salamov özünü yaşadığı evin həyətindəki yarımtikilidən asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər.

İlkin ehtimal kimi Ələmdar Salamovun külli-miqdarda borcu olduğu, buna görə belə bir addım atdığı bildirilir.

Tags:  Xaçmazda uşaq atası imkansızlıqdan özünü asdı

RƏYLƏR


Top news