Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda qanlı hadisə törədən 16 yaşlı gənc MƏHKƏMƏ QARŞISINDA

Bakıda qanlı hadisə törədən 16 yaşlı gənc MƏHKƏMƏ QARŞISINDA

Bakıda qanlı dava: iki nəfəri bıçaqladılar (15 Mart 2017 11:57)
103 manata görə qoca qarını öldürən gənc MƏHKƏMƏDƏ (13 Mart 2017 12:44)
Sərxoş vəziyyətdə atasını öldürən oğul MƏHKƏMƏ QARŞISINDA (09 Mart 2017 11:19)

Tarix: 6 Yanvar 2016 17:09

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərbə vurmaqda təqsirli bilinən Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Yuriy Mits Aleksandroviçin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı yanvarın 11-ə təyin edilib.

 

Qeyd edək ki, keçən il  sentyabrın 24-də Nizami rayonu Qara Qarayev prospektində Bakı şəhər sakini Faiq Tahirova bıçaqla xəsarət yetirilib. Nizami rayon Polis İdarəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Yuriy Mits tutulub.

 


Teqlər:  Bakıda qanlı hadisə törədən 16 yaşlı gənc MƏHKƏMƏ QARŞISINDA



RƏYLƏR


Top xəbərlər