Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Elə edin ki, sizə pis gözlə baxmasınlar" - Xatirədən müğənnilərə

"Elə edin ki, sizə pis gözlə baxmasınlar" -  Xatirədən müğənnilərə

Date: 6 January 2016 17:11

“Oğlumun marağı nəyədirsə o sahədə inkişaf etsin. Hətta müğənni olsa da razıyam. Mən fəxr edərəm ki, oğlum Arif Babayev kimi kişi olsun”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Xatirə İslam “5/5” verilişindəd eyib. Sənətçi əməkdar artist Elnarə Abdullayevaya da söz atıb:

“Müğənniyə nə olub ki? Hamısının gözəl ailəsi, evi-eşiyi, özlərinə görə adları, şəhərdə hörmətləri var. İki-üç nəfərə görə hamını pisləmək olmaz. Düzdü, müğənnilik çətindi. Amma insan öz sənətinə hörmətsizlik etməməlidir. Toy, məclis sayəsində özlərinə gün-güzəran qazanırlar, kəndinə su çəkdirirlər, atasına ev tikdirir, sonra da deyir ki, “Yox-yox, müğənni olmaz”. Bunu necə edə bilərlər? Bu yolla qazandığınız çörəyə qiymət qoyun, hörmətsizlik etməyin. Müğənnilərə deyirəm ki, özünüzü saydırın, özünüzə hörmət qoydurun. Elə edin ki, sizə pis gözlə baxmasınlar”.

Qeyd edək ki, E.Abdullayevanın “Oğluma heç vaxt müğənni qız almaram” sözləri şou-biznesdə qalmaqala səbəb olmuşdu.

Tags:  edin sizə pis gözlə baxmasınlar Xatirədən müğənnilərə

RƏYLƏR


Top news