İlhamiyyə Rza ANS-də aparıcı olacaq

İlhamiyyə Rza ANS-də aparıcı olacaq
17:17 6 Yanvar 2016
59 Digər
Ölkə mətbuatı
A- A+

Aparıcı İlhamiyyə Rza uzun fasilədən sonra efirə qayıdır. 

Axşam.az-ın məlumatına görə, o, bundan sonra ANS-də çalışacaq. İ.Rza "Nəzər nöqtəsi"nə aparıcılıq edəcək. 

Qeyd edək ki, "Nəzər nöqtəsi"ni bundan əvvəl Eldəniz Elgün aparıb. Veriliş həftə içi hər gün saat 20:30-da efirə gedir. 

Xatırladaq ki, İlhamiyyə Rza 1989-cu ildən Azərbaycan Dövlət Televiziyasında "Xəbərlər" redaksiyasında, sonralar isə ABA ("Alo, eşidirik"), Lider ("Milyonçu"), Space ("Gecə kanalı") telekanallarında çalışıb. Uzun müddətdir televiziyadan uzaq qalan jurnalist yazılı mətbuatda da dərc olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR