Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Səhiyyə naziri Ucarda vətəndaşları qəbul edib

Səhiyyə naziri Ucarda vətəndaşları qəbul edib

Date: 6 January 2016 17:18


Bakı, 6 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 6-da səhiyyə naziri Oqtay Şirəliyev Ucar Rayon Mərkəzi Xəstəxanasında Ucar, Göyçay, Ağdaş, Ağsu və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbulda nazir vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinləyib.
Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, onların bəziləri yerindəcə həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Tags:  Səhiyyə naziri Ucarda vətəndaşları qəbul edib


RƏYLƏR


Top news