Bakıda şirkətə basqın edildi

Bakıda şirkətə basqın edildi
17:22 6 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda quldurluq hadisəsi baş verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsidə yerləşən daş karxanasında baş verib. Gecə saatlarında karxanaya basqın edən 3 nəfər maskalı şəxs bıçaq və iri taxta parçaları ilə növbə rəisi Ağayev İlham Zəka oğluna hədə-qorxu gəliblər və karxanadakı 700 manat pulu götürərək uzaqlaşıblar.

Qeyd edək ki, daş karxanasını istismar edən MMC İ.Ağayevin qardaşına məxsusdur.
 
Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395732.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR