Nikolayın sevimli Hüseyni, İmperatora sədaqət andı, çar arvadının azərbaycanlı “xuliqanı” – ARAŞDIRMA-II YAZI

Nikolayın sevimli Hüseyni, İmperatora sədaqət andı, çar arvadının azərbaycanlı “xuliqanı” – ARAŞDIRMA-II YAZI
17:24 6 Yanvar 2016
30 Dünya
Ölkə mətbuatı
A- A+

Keçmiş arvadının evini yandıran ər: “Həmişə içkili oluram...” - FOTO/VİDEO (24 May 2017 01:28)
Gəncədə DƏHŞƏT: Hamilə arvadının boğazını kəsib, özünü bıçaqladı (09 May 2017 10:49)

Kərim bəy imperatoru xilas etmək üçün Urala, onun dalınca tələsirdi

1827-ci il, oktyabrın 2-i. Peterburq. Səhər tezdən İmperator Sarayının dəftərxanasından çar 1-ci Nikolayın iş stoluna neçə müddətdir hazırlanmaqda olan fərman daxil olur. 45 yaşlı imperator fərmana bir də diqqətlə nəzər salır. Heç bir dəyişikliyə ehtiyac yox idi. Fərman imzalanır. Bundan Rusiya İmperatorunun sarayında xüsusi imtiyaza sahib olacaq qrenaderlar rotası - Rusiya imperatorları yanında fəxri qarovul xidməti yaradılırdı. Sonralar “Qızıl rota” adlanacaq bu kiçik hərbi hissə imperator sarayında xidmət edəcək, bütün dövlət tədbirlərində, müxtəlif mərasimlərdə fəxri qarovulda dayanacaq, sarayın mühafizəsini təşkil edəcəkdi.

 

(əvvəli bu linkdə http://www.lent.az/news/227559)

 

 

1914-cü il, sentyabrın 17-i. Peterburqun Qış Sarayında imperator özü şəxsən onu qəbul edəcəkdi. Səhər saat 10-da Kərim bəy Novruzov artıq Sarayda, əlahəzrət imperatorun qəbulunda idi. Çar II Nikolay da onun kimi hərbi mundir geyinmişdi. İmperator Kərim bəyi xanımı Aleksandra Fyodorovnaya təqdim edir. Sarayın mühafizəsinin ona tapşırıldığını bildirir. Hə, bir də onu əlavə edir: “4-cü dərəcəli Müqəddəs Georgi” ordeni kavalerlərindən həyatda olan ən yaşlısı polkovnik Kərim bəy Novruzov, sizi məhz buna görə seçdik”. Məhz bu zaman, bu məqamda Kərim bəy başa düşür ki, niyə onu seçiblər. Niyə uzaq Azərbaycandan, Yelizavetopoldan Peterburqa dəvət ediblər. Kərim bəy imperatora sədaqət andı içdikdən sonra onu Saray Qrenader Bölüyünün şəxsi heyətinə təqdim edirlər. Dünyanın ən böyük dövlətinin, bu dövlətin başçısının əyləşdiyi sarayın mühafizəsi 77 yaşlı türkə tapşırılmışdı.

 

 

Burada bir məqamı xüsusi vurğulayaq. Saray Qrenader Bölüyünün, ötən dəfə dediyimiz kimi, “Qızıl rota” adlanan bu mühafizə dəstəsinin nəinki komandirini, hətta zabit heyətini belə imperator özü seçirdi. Daha doğrusu, xidmət keçmək üçün ona təqdim edilən zabitlər çarın müxtəlif xəfiyyə qurumlarının süzgəcindən keçəndən sonra saraya buraxılırdılar. Kərim bəy Novruzovun tabeçiliyində olan şəxsi heyət isə aşağıdakılardan ibarət idi; 3 ober-zabit, 1 feldfebel, 10 unter-zabit, 122 əsgər-qrenader, təbilçilər, dəftərxana işçiləri, 3 çapar və qasidlər.

 

Bu arada Kərim bəy Novruzovun şəxsi həyatıyla bağlı da bir neçə məqama qayıdaq. Rusiya, xüsusən Peterburq arxivlərində bu barədə məlumatlar çox azdır. Əldə etdiyimiz məlumata görə, Kərim bəy gec ailə qurub. O, rus ordusunun başqa bir azərbaycanlı zabiti, Mehdi bəy Vəzirovun qızı Xeyrənisə xanımla evlənib. Onların iki qızı olub: 1881-ci il təvəllüdlü Mehri xanım və ondan iki yaş kiçik bacısı Fatimə xanım. Nə Xeyrənisə xanım, nə də qızlarının sonrakı talelərindən heç bir xəbər yoxdur. Elə Kərim bəyin özü kimi. 1914-cü ildə sarayın baş mühafizəçisi təyin olunana Kərim bəyin nə vaxt vəfat etdiyi barədə heç bir mənbədə məlumata rast gəlmək mümkün deyil. Təkcə bir faktdan başqa. Söhbət 1917-ci ildə Qış Sarayına hücum edən bolşeviklərə qarşı müdafiə istehkamı quran Novruzov və rotasının şücaətidir. Çarı sonacan qorumağı bacaran Novruzovun döyüşün ən qızğın vaxtında dediyi məşhur frazasının həqiqiliyini isə rus tarixçilər də etiraf edirlər. Qış Sarayının hücum edən bolşeviklərin artıq saraya daxil olacağını hiss edən polkovnik Novruzov əsgərlərinə belə demişdi: “Bizim işimiz o qiymətli şəxsi, xəzinəni qorumaqdır”. Söhbət təbii ki II Nikolaydan və onun ailəsindən gedirdi.

Kərim bəy Novruzov isə bu işi bacarmışdı...

Bu arada başqa bir maraqlı faktı nəzərinizə çatdırmaq istərdim. İmperator II Nikolay və ümumiyyətlə, çar ailəsi ilə yaxın olan başqa bir Novruzov da vardı. Bu, Kərim bəyin qardaşı oğlu Teymur bəy Novruzov idi.

Teymur bəy Mirzə Hacı bəy oğlu 20 aprel 1880-ci ildə Yelizavetpol qəzasının Qovlar kəndində anadan olmuşdu. O da əmisi kimi Tiflis kadet korpusunda oxumuşdu.

1898-ci ildə hərbi xidmətə başlamışdı. Siravi əsgərlikdən general-mayor rütbəsinədək yüksəlmişdi. Azərbaycan Demokratik Respublikasının 1919-cu il iki avqust tarixli əmrilə ordudakı əla xidmətlərinə görə general-mayor rütbəsi verilmişdi.

Teymur bəy 6 dekabr 1909-cu ildə 3-cü dərəcəli "Müqəddəs Stanislav", 1913-cü ildə 3-cü dərəcəli "Müqəddəs Anna", 2 noyabr 1914-cü ildə 2-cü dərəcəli "Müqəddəs Anna", 24 noyabr 1914-cü ildə 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordenləri, "Georgi xaçı", onların lentləri və qılıncla təltif edilmişdi.

 

O, əmisi kimi imperatorun elitar polku olan Nijeqorodski polkuda xidmət etmişdi. Birinci dünya müharibəsində göstərdiyi şücaətə görə, “Müqəddəs Georgi” ordeninə layiq görülmüşdü.

Döyüşlərin birində ağır yaralanan Teymur bəy dəfələrlə imperatritsa Aleksandra Fyodorovna və imperatorun özünün təşkil etdi çayiçmə mərasimlərinə dəvət almışdı. Tsarskoe Selodakı hospitalda yaralarını müalicə edən kiçik Novruzovu tez-tez Nikolayın qızları Tatyana və Mariya Nikolayevnalar da ziyarət edirdi. Bilinmir nə məsələdi, amma Aleksandra Fyodrovna və qızları hər dəfə hospitala ziyarətə gələndə Teymur bəyi göstərib zarafatca “bizim xuliqan” deyə çağırarmışlar.  Peterburqdakı tarixçi dostlara inansaq,  Teymur bəy də əmisi kimi çar və ailəsinin böyük etimadının qazanıbmış. Bu yerdə bir detalı da qeyd edək, keçək başqa məqamlara.  Teymur bəy Novruzov ADR ordusunda xidmət etməklə də kifayətlənməyib. Bolşevik işğalından sonra Gəncə qiyamına başçılıq edib. Daha sonra Almaniyaya, oradan Fransaya mühacirət edib. 1961-ci ildə Fransanın Nitsa şəhərində vəfat edib. 

 

Kərim bəy Novruzovla bağlı araşdırma apararkən çar Nikolaya sonacan sadiq qalmış, onu sürgündə belə tək buraxmayan Hüseyn bəy Naxçıvanskiylə bağlı da maraqlı faktlara rast gəldik. II Nikolayın “mənim sevimli xanım” deyə çağırdığı Hüseyn bəylə bağlı onun memuarlarında da qeydlər var. Söhbət hələ 1-ci dünya müharibəsi zamanı aparılan qeydlərdən gedir. Məsələn, “15 sentyabr 1914-cü il. Sarayda xan Naxçıvanskini qəbul etdim. O, mənimlə səhər yeməyi yedi, cəbhədə gedən döyüşlərdən bəhs etdik”. Rus tarixçi  F.Nesterov da  "İllərin əlaqəsi"  tarixi-publisistik əsərində əlahəzrətin sadiq generalları sırasında artilleriya generalı N.İ.İvanovun, general qraf Kellerin və general Xan Naxçıvanskinin adlarını fəxrlə çəkir. O yazır ki, "çar hakimiyyətdən imtina edəndə belə, bu əsilzadə generallar əlahəzrətə teleqramla müraciət edərək bildirdilər ki, biz andımıza sadiq qalacağıq. İmperator uzun illər boyu bu əsilzadə generallara inanmaqda zərrəcə səhv etməmişdi".

Və ən maraqlısı, Hüseyn xan Naxçıvanskinin həyat yoldaşı knyaginya Sofiya Nikolayevna Danimarka kralı və eyni zamanda III Aleksandrın arvadının qohumu idi. Atalarının ölümündən sonra iki oğlu Avropaya mühacirətə getmişdilər.  Nəvəsi Corc Naxçivanski ABŞ-da, digər nəvəsi Mariya Naxçivanskaya Misirdə yaşayıb, dünyalarını dəyişiblər.

 

Qayıdaq qəhrəmanımıza. Çarın taxtdan salınması onunu mühafizə rotasında da çaşqınlıq yaratmışdı. Peterburqdakı mənbələr inansaq, hətta bir neçə zabit çarın devrilməsindən sonra intihar belə etmişdi. Amma Kərim bəy Novruzov bütün çətinliklərə rəğmən, rotanı səfərbər edə bilir. Çara, II Nikolaya sədaqət andı onu bir dəqiqə də rahat buraxmırdı. Çar isə artıq Rusiyanın şərqində, Uraldaydı. Çarın köməyinə tələsmək lazım idi. Və bir gün…

 

Bakı-Sankt-Peterburq

(Araşdırmanın aparılmasında verdiyi dəstəyə görə millət vəkili Qənirə Paşayeveya təşəkkür edirik)

 





RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İtaliyada toqquşma - Gözyaşardıcı qaz tətbiq olundu

28 May 2017 05:13

Rio Olimpiadasının irland mükafatçıları korlanmış medallarını geri qaytarıblar

28 May 2017 04:42

Sabiq prezidentin qəbri dağıdıldı

28 May 2017 04:33

Elvis Preslinin şəxsi təyyarəsi hərracda satılıb

28 May 2017 04:22

Suraxanıda 4 dəmir köşkü yanıb

28 May 2017 04:08

Dəhşət: bu gölə toxunan daşa dönür

28 May 2017 04:04

İngiltərə kuboku "Arsenal"ın oldu - VİDEO

28 May 2017 03:58

Serbiyanın paytaxtında güclü partlayış

28 May 2017 03:33

Üç model yeni kampaniyada - FOTO

28 May 2017 03:32

"Barselona" ardıcıl üçüncü dəfə İspaniya Kubokunu qazanıb

28 May 2017 03:17

Məşhur rok ulduzu dünyasını dəyişdi - FOTO

28 May 2017 02:58

Belqradda güclü partlayış olub

28 May 2017 02:50

Donald Tramp G7 liderlərinin birgə fotoçəkilişinə gecikib

28 May 2017 02:32

Cazibədar Sunniva - FOTO

28 May 2017 02:32

"Arsenal" 13-cü dəfə İngiltərə Kubokunun sahibi oldu

28 May 2017 02:32

Ağcabədidə 4 metrlik gürzə öldürüldü - FOTO

28 May 2017 02:03

ABŞ KXDR-nin qarşısını almaq üçün Sakit okeana üçüncü təyyarə gəmisini göndərib

28 May 2017 01:52

Suriya qoşunları Hələbin 12 kəndini İŞİD-ən azad edib

28 May 2017 01:37

Səyyahlar üçün mebel - FOTO

28 May 2017 01:32

Nömrəni səhv yığdı, xoşbəxt oldu

28 May 2017 01:29

Putinlə Ərdoğan telefonla danışdı

28 May 2017 01:28

Hər gün 5 alma çəyirdəyi yeyin

28 May 2017 01:09

Ermənistanda gömrük məntəqəsinin rəisi həbs edildi

28 May 2017 01:03

İtaliyada G7 sammitinə etiraz edənlərlə polis arasında toqquşma olub

28 May 2017 01:02

Azərbaycanda 28 May

28 May 2017 00:42

G7 sammiti başa çatdı

28 May 2017 00:38

Ən çox milyarderi olan ölkələr

28 May 2017 00:16

Astroloji proqnoz - 28 may

28 May 2017 00:13

Azərbaycan Xalq Cümhuriyyəti 98 yaşında

28 May 2017 00:07

“NATO PA-da növbəti dəfə erməni yalanının şahidi olduq” - Siyavuş Novruzov

28 May 2017 00:05

İtalyan model Silviya - FOTO

28 May 2017 00:05

Günün qoroskopu: ünsiyyət üçün əla gündür

28 May 2017 00:05

Böyük məbləğə satılan 15 qəribə rəsm əsəri - FOTO

28 May 2017 00:05

Oruc tutan şəxslər idmanla məşğul ola bilər?

27 May 2017 23:57

Alimlər keçəlliyin səbəbini tapdılar

27 May 2017 23:57

Facebook-a bağlılığınız uşaqlarınıza mənfi təsir edir

27 May 2017 23:57

Keçmiş senator həyatını itirdi

27 May 2017 23:54

İftarda ərik suyu için

27 May 2017 23:52

Putin və Ərdoğan arasında telefon danışığı olub

27 May 2017 23:47

“Həzrət Davudun (ə) orucu” nə deməkdir?

27 May 2017 23:47

Kamran Ağayev "Amkar" klubuna keçə bilər

27 May 2017 23:43

Oruc tutanlar bu xəbəri mütləq oxuyun! - həkim məsləhəti

27 May 2017 23:42

Moruqla müalicə olunmaq üçün 5 resept

27 May 2017 23:37

"Arsenal" 13-cü dəfə İngiltərə Kubokunun sahibi olub

27 May 2017 23:37

Serial ulduzu kurortda istirahət edir - FOTO

27 May 2017 23:32

Yeniyetmə avarçəkənimiz Avropa çempionatında finala çıxdı

27 May 2017 23:32

Bülənt Ərsoyu kobranın sancdığı görüntülər ortaya çıxdı

27 May 2017 23:30

Bülent Ersoyu kobranın vurduğu anlar ortaya çıxdı - VİDEO

27 May 2017 23:27

Bu 11 qidanı soyuducunun buzluğunda saxlamaq olmaz

27 May 2017 23:27

Ramazan ayında niyə xurma yeyilir?

27 May 2017 23:22