Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Microsoft”un yeni əməliyyat sistemi ilə işləyən qurğularının sayı 200 milyona yaxınlaşıb

“Microsoft”un yeni əməliyyat sistemi ilə işləyən qurğularının sayı 200 milyona yaxınlaşıb

İranda əhalinin sayı artıb - 80 milyona nə qaldı? (13 Mart 2017 22:17)
İnternetə çıxış üçün ən populyar ƏS-i hansıdır? (11 Mart 2017 07:52)
Ən populyar əməliyyat sistemi hansıdır? – SİYAHI (09 Mart 2017 22:05)

Tarix: 6 Yanvar 2016 17:28


Bakı, 6 yanvar, AZƏRTAC
“Microsoft”un yeni "Windows 10" əməliyyat sistemi ilə işləyən qurğularının sayı 200 milyonu ötüb.
Bu barədə məlumat verən korporasiyanın nümayəndəsi ötən ilin avqustunda bu göstəricinin 75 milyonu, oktyabrda isə 110 milyonu ötdüyünü bildirib.
AZƏRTAC "vesti.ru" saytına istinadən xəbər verir ki, "Net Applications" analitik şirkətinin 2015-ci ilin sonuna olan məlumatına görə, "Windows 10" ilə işləyən fərdi kompyuterlərin sayı 164 milyondur. Qlobal əməliyyat sistemləri bazarında "Windows 10" platformasının bazar payı 9,96 faiz təşkil edib ki, bu göstərici hələ ki, "Windows 8.1"dən (10,3 faiz) aşağıdır. Korporasiyanın nümayəndələri qeyd ediblər ki, bazar payının artım tempinə görə yeni əməliyyat sistemi "Windows 7"ni 140 faiz, "Windows 8" sistemini isə 400 faiz ötür.

Teqlər:  Microsoftun yeni əməliyyat sistemi işləyən qurğularının sayı 200 milyona yaxınlaşıb



RƏYLƏR


Top xəbərlər