Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

“Tibb qəzeti”nin 25 yaşı tamam olur

“Tibb qəzeti”nin 25 yaşı tamam olur

Date: 6 January 2016 17:28


Bakı, 6 yanvar, AZƏRTAC
Səhiyyə Nazirliyinin mətbu orqanı olan “Tibb qəzeti” 25 illiyini qeyd edir. 1991-ci ilin yanvar ayının 5-dən çap olunan, əvvəllər “Şəfqət” adı ilə dərc edilən qəzet 2007-ci ildən yeni adla işıq üzü görür.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəzetin səhifələrində səhiyyə sahəsində və müvafiq qanunvericilikdə olan yeniliklər, səhiyyənin təşkili qaydalarında tətbiq olunan dəyişikliklər öz əksini tapır, həmçinin dünyada və Azərbaycanda tibb elminin nailiyyətləri haqqında məlumatlar verilir.
Mətbu orqanında, eyni zamanda, səhiyyə sahəsində qurulan beynəlxalq əlaqələr, Azərbaycanda yeni tətbiq olunan müalicə metodları və nadir əməliyyatlar haqqında məlumatlar, əczaçılıq xəbərləri, jurnalist araşdırmaları, maraqlı şəxsiyyətlərlə müsahibələr də yer alır.
Səhiyyə müəssisələrində vakant yerlər haqqında elanlar da yalnız bu ixtisaslaşmış nəşrdə dərc olunur.
“Tibb qəzeti” ayda bir dəfə, 21 min 900 nüsxə tirajla nəşr edilir. Mətbu orqanı Azərbaycanın bütün şəhər və rayonlarına, hətta ucqar kəndlərində fəaliyyət göstərən dövlət tibb müəssisələrə və bir çox apteklərə çatdırılır.
İndi qəzet oxuculara daha yaxın olub. Qəzetin www.tibbqazeti.az ünvanında yerləşən saytında materialların elektron versiyası ilə də tanış olmaq mümkündür. İl ərzində sayta 120 mindən artıq baxış qeydə alınır.

Tags:  Tibb qəzetinin 25 yaşı tamam olur


RƏYLƏR


Top news